Son illər antibiotiklərdən çox istifadə həm dünyada, həm də ölkəmizdə bir çox problemlərə yol açıb. Bu problemlərdən biri və birincisi antibiotiklərə qarşı dözümlülüyün formalaşmasıdır. Bu isə gələcəkdə bir çox fəsadlara yol aça bilər.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hətta ən ciddi xəstəliklərdə belə antibiotiklər artıq təsir etməyə bilər.
Həkim-terapevt Mətanət Cəfərova deyir ki, antibiotik nə ağrıkəsicidir, nə də hərarəti salan bir preparat. Buna görə də antibiotiklərin təyinatı əsaslı - yəni düzgün olmalı, dozası da həkimlər tərəfindən müəyyənləşdirilməlidir.
Lakin həkimlər bildirirlər ki, əhali arasında özbaşına antibiotiklərdən istifadə edənlər də az deyil. Məsələn, hətta soyuqdəyməsi olanlar apteklərdən antibiotiklər alır və istifadə edirlər. Paytaxt sakinləri arasında keçirdiyimiz sorğu zamanı da məlum oldu ki, bu preparatların istifadəçiləri kifayət qədər olsa da, bəziləri əvəzedici vasitələrə də əl atır.
Həkimlər tövsiyə edirlər ki, müəyyən xəstəliklər baş qaldırsa belə, antibiotiklərin təyini və ya istifadəsi vacib deyil. Bu zaman qabaqlayıcı və ya əvəzedici tədbirlər görmək daha effektiv ola bilər.
Eyni zamanda yeni doğulan körpələrə və ya 65 yaşdan yuxarı insanlara antibiotik təyini zamanı mütləq diqqətli olmaq lazımdır. Həmin şəxslərin yaşla əlaqədar səhhətlərindəki problemlər antibiotiklərdən istifadə zamanı fəsadlara yol aça bilər. Həmçinin əsassız və uzunmüddətli antibiotik istifadəçilərində bədənin müqaviməti azalır, nəticədə gemoqlabin azlığı - limfopeniya, leykopeniyaya gətirib çıxarır ki, bu da gələcəkdə xəstəliklərə qarşı dözümsüzlük yaradır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub