ABŞ mütəxəssislərinin fikrincə hamilə qadınların vitamin qəbul etməsi doğulacaq uşaqda autizm riskini azaldır.
Mynews.az xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatlarda 270 hamilə qadın və onların uşaqları iştirak ediblər. Araşdırmalardan bəlli olub ki, hamiləlik zamanı vitamin qəbulu, bu qadınların uşaqlarında əqli inkişafın geriləməsi ilə müşahidə olunan autizmin inkişaf etməsinin qarşısını alıb. Onların nəticələri 0,26 faiz təşkil edib.
Bu tədqiqatlara qədər alimlər D vitamini çatmazlığı olan hamilələrin uşaqlarında müəyyən problemləri olacağında həmfikir idilər. Onların fikrincə belə uşaqlarda bir müddət sonra autizm əlamətləri müşahidə edilə bilər. Mütəxəssislər bildiriblər ki, autizmin yaranmasında genetik faktorların əsas rol oynamasına baxmayaraq, xəstəliyin inkişaf etməsi üçün bir çox müxtəlif amillərin də olması vacibdir. (Azərtac)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub