İstənilən dərdin dərmanı var. Sadəcə xəstəliyin kökünü tapıb, düzgün müalicəsini aparmaq lazımdır. Qalaq-qalaq bahalı həblər qəbul etməzdən öncə təbii tərkibli dərmanları sınamaq lazımdır.
Son günlər bir qrup alim dünya səhiyyə işçilərinin bizdən gizlətdiyi min bir dərdin çarəsi olan "Kayen bibəri" haqda sensasiyalı açıqlama ilə çıxış ediblər. Bu ədviyyat xərçəng hüceyrələrini məhv edir, həzm prosesini tənzimləyir, ürək tutmalarının qarşısını alır, hətta arıqlamağa kömək edir.
İlk baxışdan inanılmaz görünür elə deyilmi?! Bu ədviyyat demək olar ki, əksər mağazada satılır və əsrlərdir ki, bir çox qədim xalqların mətbəxində istifadə olunur.
A, C, V vitaminlərilə zəngin kayen bibərinin qiyməti baha deyil, lakin sağlamlığımıza faydaları sonsuzdur.
1. Xərçəng hüceyrələrini məhv edir
Kayen bibərinin tərkibindəki kapsaisin maddəsi Pitsburq Universitetinin mütəxəssisləri tərəfindən dəfələrlə araşdırılmış, xərçəng hüceyrələrini yerindəcə məhv etdiyi üzə çıxarılmışdı.
Peşəkar qrupun rəhbəri professor Şrivastava bildirib ki, kapsaisin maddəsi bədxassəli küceyrələri məhv edərkən normal hüceyrələrə zərər vermir. Kimyaterapiya kimi zərərli presedurlardan qat-qat faydalıdır.
2. Bağırsaqları təmizləyir
Orqanizmdəki parazitlərin, qurdların miqdarı düşündüyümüzdən də artıqdır. Kayen bibərini gündəlik rasionunuza əlavə edərək, bağırsaqlarınızı təmizləmiş olursunuz.
3 Ürək xəstəliklərinin qarşısını alır.
Ürək ağrılarından, təzyiq problemindən əziyyət çəkirsiniz? 1 ədəd kayen bibəri qurusunu əzib, adi qaynadılmış düyüyə əlavə edin. Bibər düyüyə acılıq gətirməlidir. Bu acı qarışımı yemək qan dövranını tənzimləyir, ürək tutmalarının qarşısını alır, qan təzyiqini normallaşdırır hətta sizi infarkt riskindən sığortalayır.
Kayen bibərinin ölçüsü xırda olur. O qurudulub, ədviyyat şəklində satılır. Hər gün yeməklərinizdə istiot əvəzinə bir çimdik kayen bibəri əlavə etsəniz özünüzü və doğmalarınızı ən qorxulu xəstəliklərdən qoruya bilərsiniz.
: publika.az
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub