Gündəlik həyatda tez-tez işlətdiyimiz bir neçə qida məhsullarının cinsi həyata mənfi istiqamətdə təsir etdiyini bilirdinizmi?
Publika.az xarici mətbuata istinadən cinsi gücü zəiflədən məhsulların siyahısını təqdim edir:
Monosodyum Qlutamat
Hazır qidalarda istifadə edilən monosodyum qlutamat (MSG) yeməklərə ləzzət vermək məqsədilə əlavə olunur. Ancaq o baş ağrısından depressiyaya qədər bir çox problemlərə gətirib çıxarır. Araşdırmalar nəticəsində məlum olub ki, bu maddə libido (İlk dəfə “libido” kəlməsini məşhur psixoloq Ziqmund Freyd işlədib. Libido cinsi istək, cinsi arzu deməkdir. Həm kişilərdə, həm də qadınlarda libido məhfumu mövcuddur.) səviyyəsini aşağı salır.
Qəhvə
Mütəmadi olaraq qəhvə içmək böyrəküstü vəzilərinin fəaliyyətini zəiflədir. Odur ki, seks hormonları da daxil olmaqla, bəzi hormonlar kifayət qədər ifraz oluna bilmir.
Qazlı içkilər
Aparılan son araşdırmalarda qazlı içkilərin depressiyaya səbəb olduğu və libidonu aşağı saldığı ortaya çıxıb. Libidonun aşağı düşməsi isə depressiya səbəb olur.
Pendir
Bazarda satılan pendir antibiotiklərlə müalicə edilən inəklərin südündən əldə edildiyi üçün həddindən artıq istehlak tədricən hormon pozuntusuna gətirib çıxara bilər. Bu hormonlar pozulması seks hormonlarına da təsir edir.
Kartof çipsiləri
Ümumilikdə kartof çipslərində ucuz və keyfiyyətsiz yağlar istifadə edilir. Bu yağlar orqanizmdə libido səviyyəsi də daxil olmaqla bir çox mənfi təsirə səbəb olur. Yuxarıda dediyimiz kimi, hormonların pozulması cinsi istəyi və gücü də zəiflədir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub