Süd alarkən diqqətli olun - VİDEO

909
Süd alarkən diqqətli olun - VİDEO

Bazarların qarşısında dayanmış kiçik tutumlu süd maşınında, işlənmiş su qabları və sellofan qablarda süd satışı həyata keçirilir.

Mynews.az xəzər xəbər-ə istinadən məlumat verir ki, belə avtomobillərdə satılan südə maraq böyük olsa da, Gigiyena və Epidemiologiya Mərkəzi həyəcan təbili çalır.

Ziyəddin Kazımov bildirir ki, çiy süd sağıldıqdan 2-7 saat sonra satılmalıdır ki, belə südlər də rayondan gətirildiyi üçün bu müddətə satılması mümkün deyil. Belə olduqda südün tərkibində turşuluq artır ki, bunun qarşısını almaq üçün sahibkarlar içinə soda əlavə edirlər.

Çiy südün saxlama temperaturu müsbət 6 dərəcə olmalıdır.

Bazarlarda plastik qablarda satılan südlərə də rast gəlmək olur. Mütəxəssislər belə südləri də insan sağlamlığı üçün təhlükəli hesab edirlər. Gigiyena və Epidemiologiya İdarəsindən bildirilir ki, hazırda sahibkarlıq obyektlərinə yoxlama dayandırıldığından, belə şəxslərə qarşı rəsmi tədbir görülə bilmir. Amma konkret ziyanla nəticələnən vətəndaş şikayəti olsa, həmin şəxslər vurduğu ziyana uyğun cərimələnəcək. Çünki qida təhlükəsizliyi ölkəmiz üçün ən prioritet sahələrdəndir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti