Gündəlk həyatda bəzi içkilər var ki, insanın əlavə kalori almasına səbəb olur. Lakin problem yalnız kalorilər də deyil, bir çox içki aclıq hissini də təşviq edərək daha çox yeməyi təmin edir. Bu baxımdan hansı içkinin nə vaxt içiləcəyi pəhriz saxlayanlar üçün çox önəmlidir.
Su
Yorğunluq hissi və ya baş ağrısı üçün su olduqca faydalıdr. Bir az susuz qalmaq belə insanın ruh halını pisləşdirməklə, konsentrasiyanın azalmasına və baş ağrısına səbəb olur. Qadınlara gündə 2.2, kişilərə 3 lt su içmək tövsiyyə edilir. Su artıq çəkiyə də kömək edir. Bu baxımdan pəhriz saxlayanlara hər paydan əvvəl iki stəkan su tövsiyə edilir. İdmanla məşğul olanlar da sudan faydalana bilər. Su oynaqlara fayda verməklə orqanları və əzələləri ziyandan qoruyur.
Meyvə şirəsi
Qəbizlik problem olanlar meyvə suyu içməlidirlər. Ərik suyunun tərkibində C vitamini, kalsium və dəmir olduğundan orqanizim üçün faydalı hesab olunur. Lif baxımından zəngin olduğundan bəzi bağırsaq problemlərinə köməkçi olar. Səhər içilməsi faydalıdır. Yağsız zülal və kompleks karbohidratlar səhərlər maddələr mübadiləsinə sürətli təsir göstərir. Hər zaman 100% meyvə suyu seçim edilməli və tərkibində şəkər olan qatqılardan istifadə edilməməlidir.
Sidik yolu infeksiyalarına meyvə suyu da kömək edir. Yağlı yemək meyvə suyu üçün yaxşı bir seçimdir.
Süd
Artıq çəkidən azad olmaq istəyirsinizsə süd için. Süd həm güclü sümüklər üçün, həm də daha çox yağ yandırmaq üçün yaxşıdır.
Məlumata görə araşdırmalarda tipik Amerikan pəhrizi davam etdirən şəxslər gündə 3 boşqab və əlavə olaraq süd məhsulu istifadə etdiklərindən