Ən faydalı ədviyyatlardan olan sarıkök orqanizmə müalicəvi, profilaktik və cavanlaşdırıcı təsir edir.
Sarıkökün orqanizmə olan müsbət təsiri bir çox elmi araşdırmalarda öz təsdiqini tapıb.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, sarıkökün əsas təsiredici komponenti olan "kurkumin" güclü antioksidant, iltihab, mikrob, virus və xərçəng əleyhinə təsirə malikdir.
Hər gün sarıkök əlavə olunmuş 1 stəkan su içmək orqanizmə çox böyük fayda verə bilər. Bunun üçün 1 stəkan (200 ml) ilıq suda 1 qəhvə qaşığı sarıkök və 1 çay qaşığı bal həll edin və acqarına için. Bu möcüzəli içkinin orqanimə olan mühüm faydaları bunlardır:
- Güclü iltihabəleyhinə təsirə malik olduğuna görə artritin simptomlarını (ağrı, şişkinlik) azaldır.
- Şəkərli diabetin inkişafının qarşısını alır.
- Qaraciyərin sağlamlığını qoruyur.
- Metabolik prosesləri yaxşılaşdırır və bununla da arıqlamağa kömək edir.
- Beyinin fəaliyyətini yaxşılaşdırır, beyini cavanlaşdırır.
- Xərçəngin riskini azaldır.
- Ürək-damar sistemi üçün faydalıdır, damarların sağlamlığını qoruyur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.
- Antioksidant xüsusiyyətlərə görə orqanizmə olan sərbəst radikalların təsirini azaldır və bununla da orqanizmin qocalmasını ləngidir.
- Dərinin vəziyyətini yaxşılaşdırır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub