Əvvəlcə limon suyu və sarımsaq qatqısısının faydaları ilə tanış olaq, sonda sizə qatqının hazırlanması haqda məlumat verəcəm. Limon suyu və sarımsaq qatqısı damar iltihablarının müalicəsində xüsusi yer tutur. Damar tutulmalarının qarşısını alır. Qan təzyiqini normallaşdırır. Orqanizmdə xolestrolun miqdarını tənzimləyir. Artıq yağların yığılıb qalmasına mane olur. Maddələr mübadiləsini sürətləndirir. İştah açır. İnsan bədənində şəkərin nisbətini nizama salır. Öddə və ya böyrəkdə olan daşları əridir. Sidikqovucu xassəyə malikdir. Toxumalarda şiş əmələ gəlməsinin qarşısını alır. Xora mikrobunu öldürür. Mikrob öldükdən sonra mədə və on iki barmaq bağırsaqda olan xoraların müaliəcəsi üçün də xeyirlidir.
Limon suyu və sarımsaq revmatizm iltihablarını da aradan qaldırır. Mövcud revmatizm ağrılarını yox edir. Oynaqların hərəkət sistemini tənzimləyir. Beyin hüceyrələrinin yenilənməsində, sinir sisteminin refleks sürətinin artmasında da faydalıdır. Limon suyu və sarımsaqdan istifadə edənlərdə iflic olma riski minimal həddə düşür. Orqanizmdə immuniteti gücləndirir. Damar və dəri allergiyalarının bəzilərini tamamilə yox edir, bəzilərini də zamanla müalicə edir. Bədəndə xərçəng hüceyrələrinin əmələ gəlməsinə qarşı ən yaxşı müdafiə sistemidir. Təzə limon suyu yüz illərdir ki, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Limon suyu dərinizi təravətləndirir, bədəninizi toksinlərdən təmizləyir.
Buna tərkibindəki C vitamini səbəb olur. Həmçinin, dərinizdəki qızartıları aparır. Biləklərinizə bir neçə damcı limon suyu damızdırıb ovun. Yaddaşınız möhkəmlənər, nitqiniz gözəlləşər. Limon suyu arıqlamaq üçün də faydalıdır. İlıq halda müntəzəm olaraq içildiyində mədənin həzm prosesini nizama salır. Beləcə, mədə tez-tez şirə ifraz edərək yemək tələb etmir. Limonlu sarımsaq kürüsünün hazırlanması: İki litrlik şüşə qabı limon suyu ilə doldurun. 40 diş orta ölçülü sarımsağı yaxalamadan əzib həmin suya qatın. Şüşənin ağzını möhkəm bağlayın.
25 gün ərzində rütubətdən uzaqda, sərin bir yerdə saxlayın. Hər gün şüşəni bir neçə dəfə çalxalayın. 25 gün sonra şüşəni açın. Artıq limonlu sarımsaq kürüsü hazırdır. Bu qarışım səhər yeməyindən yarım saat əvvəl içilir. Özü də yarım stəkan. Hər gün müntəzəm olaraq eyni saatda içilməsi daha effektivdir. Dadını dəyişmək üçün şəkər tozu qatmaq olmaz.