USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

Toyuq yumurtası xərçənglə mübarizə aparacaq

00:00 25.10.2017
Toyuq yumurtası xərçənglə mübarizə aparacaq
00:00 25.10.2017

Yaponiyanın "Cosmo Bio Co" şirkətinin biotexnoloq-alimləri Milli Sənaye və Texnologiya İnstitutunun (AIST) tədqiqatçıları ilə birgə insan interferonuyla zəngin yumurta yumurtlayan toyuq növü yetişdiriblər.

Mynews.az Trend-ə istinadən bildirir ki, AIST-nın tədqiqatçıları xoruz cinsiyyət hüceyrələrinin genetik modifikasiyası üzərində aparılan eksperimentləri müvəffəqiyyətlə başa çatdırıblar. GM-sperması ilə mayalanan yumurtahüceyrələrdən əmələ gələn yumurtaların tərkibində aktiv beta-interferon sintez olunur.

Qeyd edək ki, insanın immun sistemi üçün çox vacib olan beta-interferon, xərçəng və hepatitin bir çox növlərinin müalicəsində istifadə olunan dərmanların aktiv komponenti olan zülaldır.

Yeni texnologiya onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan interferon əsaslı dərmanların qiymətini xeyli ucuzlaşdıra bilər.


Sağlamlıq

Xəbər lenti