İsti maye qəbulu immuniteti gücləndirir

761
İsti maye qəbulu immuniteti gücləndirir

Mütəxəssislər qışda xəstəliklərdən qorunmaq və immuniteti gücləndirmək üçün isti mayelərin qəbulu çox təsirli olduğunu vurğuladı.

Mynews.az deyerler.org-a istinadən bildirir ki, qış mövsümündə artan xəstəliklərlə mübarizə aparmaq üçün immunitet güclü olmalıdır. Evdə hazırlanacaq bitki çaylarıyla immuniteti güclənəcəyini ifadə edən mütəxəssislərə görə, qışda şorba istehlakı da immuniteti qorumada təsirli olur.
Xüsusilə halsızlıq və yorğunluğa səbəb olan qrip və soyuqdəymə kimi məşhur qış xəstəliklərindən qorunmada bitki çaylarının təsirli olduğunu ifadə edən mütəxəssislər qışda istehkak edilə biləcək sağlam mayeləri belə sıraladı:
İtburnu: İtburnu yaxşı bir C vitamini mənbəyidir. Hətta isti halda içilə bilən ən yaxşı C vitamini mənbəsi olduğunu deyə bilərik. Xüsusilə havaların dəyişkən olduğu bu aylarda gündə 1 fincan itburnu çayı ilə immuniteti gücləndirə bilərsiniz.
Ərik çayı: Ərik çayının ən əhəmiyyətli təsiri həzm problemlərini azaltmasıdır. İmmunitet ilə həzm sistemi birlikdə işləyir və biri zəiflədiyində digəri təsirlənə bilər. Buna görə 2 gündə 1 dəfə istehlak edəcəyiniz 1 fincan ərik çayı həzm problemlərinizi aradan qaldırmağa kömək ola bilər.
 
Şorba: Şorba həm maye tərkibinin yüksək olması, həm də kalorisinin az olması səbəbiylə yeməklərdən əvvəl mədəmizi dolduran bir xilaskardır. Tərəvəzlərdən ibarət olan şorba bol ədviyyat ilə istifadə edilsə maddələr mübadiləsini sürətləndirir.  

Xəbər lenti