İran səhiyyəsi “Hepatit C” virusu ilə bağlı ciddi yenilik əldə edib. Belə ki, İran həkimlərinin ixtira etdikləri yeni həb formasında olan dərman vasitəsilə 3 ay ərzində bədəndə olan hepatit c virusu tamamilə aradan aparılır
Bu barədə Təbriz Tibb Universitetinin direktoru, professor, həkim Məhəmməd Hüseyn Soumi məlumat verib.
Həkim Souminin sözlərinə görə, əvvəllər “Hepatit C” virusunun sağaldılması ilə bağlı çətinlikləri vardır:
“Lakin son illər ərzində iranlı mütəxəssislərin çalışmaları nəticəsində həb formasında olan bir neçə dərman pereparatı əldə etmişik ki, həmin dərman vasitəsilə 3 aylıq kurs nəticəsində “Hepatit C” virusunu insanların bədənindən tamamilə çıxara bilirik.”
“Heptatit B” ilə bağlı isə vəziyyətin isə bir qədər fərqli olduğunu söyləyən professor, “hələ ki, “Bepatit B”-nin C virusu kimi bədəndən çıxarılması tamamilə, mümkün deyil. Lakin “Hepatit B” ilə bağlı da effektiv müalicə üsullarımız vardır ki, həmin virusu bədəndə dondura bilirik”.
Qeyd edək ki, sözügedən dərmanların qiyməti ilə bağlı Təbrizdə olduğumuz müddətdə qısa bir araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, 3 aylıq müalicə kursu üçün istifadə ediləcək dərmanların ümumilikdə qiyməti 500-600 manat civarındadır. Əlavə xərclər də ümumilikdə nəzərə alınsa, təxminən 1000 manata qədər xərcin çıxması mümkündür. //islaminsesi.az
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub