Xərçəngin 10 ƏSAS SİMPTOMU: bunu hamı bilməlidir

837
Xərçəngin 10 ƏSAS SİMPTOMU: bunu hamı bilməlidir

Son zamanlar bütün dünyada xərçəng xəstəliyinin müalicəsində çox ciddi irəliləyiş müşahidə olunur.
Lakin müalicənin uğurlu nəticələri xəstəliyin nə zaman aşkar olunmasından asılıdır. İlkin mərhələlərdə aşkar olunmuş xəsrçəngin demək olar bütün formaları yaxşı müalicə olunur və xəstənin tam sağalması ilə nəticələnir. Onkologiyanın əsas problemlərindən biri məhz xərçəngin vaxtında aşkar olunmasındadır.
Xərçəng çox hiyləgər xəstəlikdir. İlkin mərhələlərdə xərçəng özünü çox cüzi simptomlarla büruzə verir.  Bu səbəbdən hər bir insan xərçəngin ilk simptomlarını bilməli və bədənin siqnallarına daim diqqətli olmalıdır.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, beləliklə, xərçəngin ilkin simptomları arasında:
1. Qadınlarda süd vəzilərində istənilən bərkimiş sahələr, gilələrdən mayenin, qanın, irinin ifraz olunması, gilənin formasının, görünüşünün dəyişilməsi.
2. Anus nahiyəsindən qanaxmalar.  Qan al qırmızıdırsa, bu əksər hallardan babasilin simptomudur. Lakin qan tünd rəngdədirsə, bu düz bağırsaq xərçənginin simptomu ola bilər. Hər bir halda anus nahiyəsindən qanın ifrazı proktoloqa müraciət etmək üçün ciddi səbəb sayılır.
3. Qadınlarda menstruasiya ilə bağlı olmayan qanaxmalar - menstruasiyalar arası qanaxmalar, cinsi əlaqə zamanı, ginekoloji baxım zamanı qanaxmalar.  Klimaks dövründə olan və aybaşı kəsilmiş qadınlarda cinsi yollardan qanlı ifrazatların olması çox təhlükəli simptomdur.
4. Sidikdə qan izləri.
5. Heç bir müalicəyə tabe olmayan, sağalmayan öskürək.
6. Limfa düyünlərində dəyişikliklər - bərkimə, böyümə.
7. Daim səbəbsiz yorğunluq, zəiflik, bədən çəkisinin səbəbsiz olaraq azalması.
8. Ağız boşluğunda sağalmayan yaralar və xoralar.
9. Xalın formasının, rənginin dəyişilməsi, xalın böyüməsi, qanaması.
10. Qarın böşluğunda, beldə, kürək nahiyəsində, kiçik çanaqda və s. nahiyələrdə tez-tez təkrarlanan ağrılar.

Xəbər lenti