Qara gəndalaş çox faydalı, müalicəvi bitkidir. Bu bitki soyuqdəymə və qrip zamanı çox yaxşı kömək edir - hərarəti salır, tərlədir, intoksikasiyanın əlamətlərini (əzələ, oynaq ağrıları) azaldır, immuniteti möhkəmləndirir, sağalmanı tezləşdirir.
İsrail həkimləri qrip epidemiyası zamanı qara gəndalaşın təsirini yoxlamaq üçün xüsusi eksperiment aparıblar. Qrip xəstələrinin 1 qrupuna hər gün 4 qaşıq qara gəndalaş ekstraktı, digər qrupa plasebo (boş həb) verilirdi. 3 gündən sonra qara gəndalaş qəbul edən xəstələrin vəziyyəti yaxşılaşıb, qripin simptomları (hərarət, əzələ ağrıları və s.) xeyli azalıb.
Plasebo alan xəstələrin arasında yaxşılaşma əlamətləri daha az idi.
Qrip və soyuqdəymə zamanı qara gəndalaşdan müalicəvi dəmləməsini hazırlayın:
3 x.q. meyvə axşamdan termosda yarım litr isti suda dəmlənilir, səhər süzülür və gün ərzində çay kimi içilir. Dəmləməyə bal əlavə etmək olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub