Böyrəklərin sağlamlığı, insan orqanizmi üçün çox önəmlidir. Bədənin funskiyasında böyrəklər xüsusi yer tutur. Odur ki, böyrəklərinizin sağlamlığı üçün bu tövsiyələrə əməl edin.
Hərəkət edin
Müntəzəm olaraq gəzinti, yüngül qaçış, velosipedə minmək kimi idman hərəkətləri edin ki, rahat bir bədənə sahib olun və artıq çəkilərdən qurtulun. Bununla yüksək təzyiq və şəkərin böyrəklərdə səbəb olacağı fəsadların qarşısını almış olarsız.
Qan şəkərinizi həmişə nəzarətdə saxlayın
Şəkər xroniki böyrək rahatsızlığına səbəb olan xəstəliklərdən biridir. Uyğun müalicə, pəhriz və idman proqramı ilə qan şəkər və təzyiq nəzarətdə saxlanılaraq böyrəklərin şəkər üzündən fəsad almasını əngəlləyir.
Artıq çəkisi olan, az hərəkət edən və ailəsində şəkər xəstəsi olanlar varsa, ildə ən az bir dəfə şəkər müayinəsi etdirməlidir.
Qan təzyiqinə diqqət edin
Şəkər xəstələrində sadəcə qan şəkərinin yüksək olması deyil, qan təzyiqinin də yüksək olması böyrəklərdə fəsad yarada bilər. Duzun az yeyilməsi, artıq çəkilərdən xilas olmaq, idman uyğun qan təzyiqi müalicəsi ilə böyrəklərdə olan problemləri yavaşladır.
Sağlam qidalanmaq
Sağlam qidalanın, normal çəkidə olun. Bunun üçün gündəlik duz qəbulunu azaldın. Konserv qidalarını su ilə yumadan əvvəl yeməyin və sağlam qidalar yeyin.
Yetərincə su için
Həkim məsləhəti belə olmadan gündə 1.5- 2 litr su için.
Siqaret çəkməyin
Siqaret böyrək qan axımında azalmaya səbəb olur. Qan axımı azaldıqca böyrək yaxşı süzməz və nəticədə artıq maddələr böyrəkdə toplanıb qalar. Siqaret çəkən insanlarda böyrək xərçəngi riski yüzdə 50 artır.
Ağrıkəsicilər
Dünyada reseptsiz istifadə edilən dərmanlar ağrıkəsici dərmanlardır. Böyrək fəsadı yarada bilər.
İldə bir dəfə böyrək funksiyalarını yoxlatdırın
Şəkər, yüksək təzyiq, artıq çəki problemi olan, ailəsində böyrək xəstəsi olan insanlar ildə ən az bir dəfə böyrək funksiyalarını yoxlatdırmalıdır.