Soyuq və küləkli havada üşümək adi haldır. Amma temperatur normal olduğu zaman əlləriniz və ayaqlarınız üşüyürsə, bunun səbəbləri üzərində düşünməyə dəyər.
Publika.az bu yazıda oxucuları insanların həmişə üşüməsinin səbəbləri ilə tanış edib.
İnfeksiya xəstəlikləri
Xüsusilə qış aylarında tez-tez üzləşdiyimiz soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlamətləri üşümə, titrəmə və hərarətin artmasıdır.
Qan azlığı
Bəzi insanların üşüməsinin əsas səbəbi qan azlığı kimi tanınan anemiya xəstəliyidir. Bu xəstəliyə əsasən qadınlar arasında daha çox rast gəlinir. Bunun səbəbi yetərsiz qidalanma, ağır pəhriz və həddindən artıq qan itirmə (menstruasiya müddətinin uzun olması) və ya həzm sistemindəki problemlər ola bilər.
Müalicə edilməsə, üşümə ilə başlayan halsızlığı xroniki yorğunluq müşayiət edəcək. Nəticədə insan həyatının keyfiyyəti aşağı düşəcək.
Qeyd etmək laızmdır ki, qadın orqanizminin kişilərdən maraqlı fərqi var: birincilərin əllərində və ayaqlarında qan dövranı həqiqətən də zəifdir. Əvəzində bütün vacib orqanlarda qan dövranı normaldır.
Hətta bu yaxınlarda məsələ ilə bağlı Yuta Universitetində araşdırma həyata keçirilib. Alimlər qadınların bədən və əllərinin temperaturunda 2,8 dərəcə Selsi fərq əldə edib.
Hipoqlikemiya
Hipoqlikemiya qanda şəkərin normadan az olmasıdır. Normada qanda şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl) - 6,1 mmol/l (110 mq/dl) olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin miqdarının qəfil aşağı düşməsi (3,9 mmol/l-dən və ya 70 mq/dl-dən aşağı) müşahidə olunur, bu da hipoqlikemiya adlanır. Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissi.
Həmçinin hipoqlikemiyanın tez-tez təkrarlanması diabetin yaranma riskini yüksəldir. Tədbir görülməzsə, xəstələrin üçdə birində 10-15 il sonra diabet inkişaf edir.
Diabet
Nəzarətdə saxlanılmayan diabet əllərin və ayaqlarn üşüməsinə səbəb ola bilər. Bu halda sinir sonluqlarına daimi hücum baş ağrısı ilə özünü göstərir. Orqanizm ağrı hissini yox etmək istəyir, amma bunu kobud şəkil edir və nəticədə sinirlərin həssaslığını tamamilə “blok” edir.
Yeri gəlmişkən onu da qeyd edək ki, diabet dərhal gəlmir, onun simptomları qar topası kimidir. Əgər siz birdən-birə tualetə tez-tez getməyə başlamısınızsa, özünüzü daim əzgin, yorğn və susuzluq hiss edirsinsizsə, o zaman həkimə müraciət etmək lazımdır.
Tiroid (Qalxanabənzər) vəzi xəstəlikləri
Bədənin maddələr mübadiləsini tənzimləyən tiroid vəzinin normal işləməsi bütün orqanların fəaliyyətini yxşılaşdırır.
Qalxanabənzər vəzi çox və ya az işlədiyi hallarda üşümə ilə bərabər insanın gündəlik həyatına mənfi təsir edən daimi yorğunluq hissi, saç tökülməsi, qəbizlik, kökəlmə kimi əlamətlər özünü göstərməyə başlayır.
Başqa sözlə, siz tez-tez ona görə üşüyürsünüz ki, mədəaltı vəzi kifayət qədər tirotropin hormonları ifraz etmir. Bəla burasındadır ki, bu hormonun arzuolunan səviyyədə olmaması metabolizmi ləngidir.
Nəticədə orqanizm az enerji istehsal etdiyi üçün bədən üşüməyə, dəri qurumağa, saçlar isə tökülməyə başlayır. Bütün yer üzündə təxminən 4,5 faiz insanlar bu problemdən əziyyət çəkir. Qadınlarda xoşagəlməz əlamətlər 60 yaşdan sonra və hamiləlik zamanı tez-tez müşahidə olunur. Əgər siz tiroid vəzinin yaxşı işləməməsindən şübhələnirsinizsə, onda həkimə müraciət edin, heç olmasa terapevtə gedin. Diaqnoz qan təhlili əsasında cəmi bir günə məlum olur, problem özü isə dərmanla müalicə edilir.
Qan dövranının pozulması
Qan dövranın zəif olması müvafiq orqanların qidalanma pozğunluğu, bəzi bölgələrin həssaslaşmasına, xüsusilə ayaqların və qolların üşüməsinə səbəb olur.
Sinir sistemi xəstəlikləri
Sinir sistemi xəstəliklərin ilkin əlamətləri bunlardır: üşümə, hisssizlik, hərəkət pozğunluğu. Müalicə ediıməzsə, dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır) kimi somatik xəstəliklərin yaranmasına təkan verir.
Dəri xəstəlikləri
Dermatomiozit kimi dəri və əzələlərin sistem və iltihabı xəstəlikləri qızartı, qabıqvermə, suluq və kəpəklənmə kimi əlamətlərdən əvvəl üşümə, titrəmə, lokal həssaslıqla özünü göstərir.
Hər gün nə qədər su içirsiniz?
Növbəti məsələ su ilə bağlıdır. Hər gün kifayət qədər su içirsiniz? Cavabınız “Yox” dursa, onda həcminin artırılması problemin ən asan həlli yolu ola bilər.
Unutmayın ki, şirələr, çay, qəhvə və digər içkiləri gündəlik qəbul etməli olduğunuz suyun miqdarına daxil etmək lazım deyil. Onlar orqanizmin ehtiyacı nəmlə təmin etmir, əksinə mayeni bədəndən xairc edir. Əgər siz gün ərzində heç olmasa yarım litr su içirsinizsə, onda problemin səbəbini başqa nədəsə axtarmaq lazım gələcək.
Qanda dəmirin səviyyəsi aşağıdır
Qanda dəmirin səviyyəsinin aşağı olması xroniki üşümənin tez-tez rast gəlinən səbəblərindən biridir. Dəmir qırmızı qan hüceyrələrinin oksigenlə zənginləşməsi və sağlam immun sistemi üçün zəruridir. Oksigen də öz növbəsində bədənə istilik gətirir. Dəmir az olanda oksigen də az olacaq. Dəmir həm də qalxanabənzər vəzinin normal fəaliyyət göstərməsi üçün çox vacibdir. Dəmir normal səviyyədə olmayanda tirotropin hormonu lazımi miqdarda istehsal olunmur. Vitamin hesabına dəmirin səviyyəsini qaldırmaq olar. Amma yaxşı olardı ki, daha ənənəvi üsullardan istifadə edəsiniz. Məsələn, menyunuza təzə göyərti, ət, yumurta və dəniz məhsulları daxil edin.
Daha az yatırsınız?
Özünü şirin yuxudan məhrum etmək sinir sisteminin işində xaos yarada bilər. Beynin yuxusuz qalması və bu dövr ərzində yığılan stress bizi məcbur edir ki, üşüyək. Belə məqamlarda dincəlmək lazımdır, onda üşümək probelmi aradan qalxacaq.
B12 vitamini çatışmazlığı
Bədən B12 vitaminini qəbul etməlidir ki, qırmızı qan hüceyrələri istehsal etsin. Onlar yuxarıda dediyimiz kimi B 12 qanı oksigenlə təmin edir, oksigen isə artıq məlum olduğu kimi istilik yaradır. B 12 vitaminin çatışmazlığı soyuqdəymə və xroniki anemiyaya gətirib çıxarır.
Əgər siz əminsiniz ki, adi rasionda B12 vitamini ilə zəngin olan məhsullar qəbul edirsiniz, onda əlavə olaraq onu qəbul etməyə dəyməz. Çünki artığı nəcislərlə çıxarılır. Amma bu vitaminin çatışmazlığından şübhəniz varsa, həkimlə məsləhətləşmək yaxşıdır.