Bağırsaqları təmizləməyin ən sadə yolu - Həm də arıqladır

Məlumdur ki, bir çox xəstəliklərdən xilas olmaq üçün bağırsaqları qalıqlardan, nəcis daşlarından və parazitlərdən kifayət qədər təmizləmək lazımdır.
Medicina.az-a xəbər verir ki, bunun nəticəsində bağırsaqda həyat fəaliyyətinin zəhərli qalıqları olan 15 kq-dan çox nəcis daşları yığılır və bunlar da tədricən qanımızın zəhərlənməsinə səbəb olmaqla vücudumuza bərpa olunmayan zərər yetirir. Bununla çirklənmiş bağırsaqlar tez-tez qəbizliyə səbəb olur, maddələr mübadiləsinin pozulmasına, şəkərli diabet, allergiya, artıq və ya çatışmayan çəkiyə, orqanizmdə filtr rolu oynayan böyrək və qara ciyərin xəstəliklərinə, eşitmə və görmə xəstəliklərinə, dəri, dırnaq, saç çatışmazlığına, sistem xəstəliklərinə, artritdən tutmuş xərçəng xəstəliklərinə qədər şərait yaradır.
İmalə etməklə yalnız yoğun bağırsağın kiçik bir hissəsini(40-50 sm) təmizləmək mümkündür. Bağırsaqların xüsusi cihazların köməyi ilə yuyulması isə kifayət qədər bahadır, vaxt aparır və bağırsaqların mikroflorasına zərər verir.
Kətan toxumundan hazırlanmış xüsusi undan 1-3 xörək qaşığı daxilə qəbul etmək yoğun və nazik bağırsaqların çoxillik nəcis daşlarından və qalıqlardan, eləcə də parazitlərdən 3 həftə müddətində təmizlənməsinə kömək olur. Bu zaman bağırsaqların mikroflorasının tamlığı da qorunub saxlanılır.
Diqqət!
Bu metodika çəkinin normallaşmasına və artıq yağların yanmasına şərait yaradır. Kətan toxumu unu zəhərli maddələrin, şlakların orqanizmdən çıxarılmasına və sorulmasına qadirdir, həm də qanda xolesterinin səviyyəsini aşağı salır. O, parazitlər əleyhinə geniş təsir gücünə malikdir, helmintlərin çoxlu formalarına, göbələklərə, viruslara öldürücü təsir etmək qabiliyyəti var. Kətan həm də lipid mübadiləsinin dövriyyəsinə müsbət effekt göstərir.
İstifadəyə göstərişlər:
Yuxarı tənəffüs yolları toxumalarının iltihabi prosesləri, qastritlər, kolitlər, mədə və onikibarmaq bağırsaqların xora xəstəlikləri, lipid mübadiləsi pozğunluqları, artıq çəki.
Profilaktika məqsədi ilə hər gün istifadə etmək çox effektivdir.
Bağırsaqların təmizlənməsi:
1-ci həftə:
1 xörək qaşığı un+100 q smetan və ya qatıq
2-ci həftə:
2 xörək qaşığı un+100 q smetan və ya qatıq
3-cü həftə:
3 xörək qaşığı un+150 q smetan və ya qatıq.
Əgər kətan toxumu unu tapmaq çətinlik törədirsə, sadəcə apteklərdən kətan toxumu almaq və onu qəhvəüyüdəndə üyütmək lazımdır.
Bu qarışığı səhər yeməyi ilə birlikdə qəbul etmək lazımdır. Bunun sayəsində yoğun və nazik bağırsaqlar qalıqlardan və nəcis daşlarından, eləcə də parazitlərdən tam təmizlənəcək, həmçinin bağırsaqların mikroflorasının tamlığı da qorunacaq. smetanı istənilən süd məhsulu ilə əvəz etmək olar. Müalicə dövründə orqanizmin su rejiminə ciddi riayət etmək lazımdır: hər gün 2 litr su içmək tələb olunur.
QEYD: Əks göstərişləri ilə bağlı dəqiq məlumatlar olmadığından və orqanizmlərin hər bir qarışıma müxtəlif reaksiyalar verə biləcəyini nəzərə alaraq, həkimlə məsləhətləşdikdən sonra yuxarıda qeyd olunanları etməyiniz məsləhətdir!
Sağlamlıq
- Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - AÇIQLAMA
- Qanı qatılaşdıran 5 qida – 40 yaşından sonra yemək olmaz
- Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı
- Həkimlərdən koronavirusla bağlı xəbərdarlıq - Əgər boğazınız ağrıyırsa...
- Sınaqlarda tarixdə ilk dəfə bütün xəstələr sağaldılar - Xərçəngin dərmanı tapıldı
- Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ 1083 dəfə oxunub
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” 1060 dəfə oxunub
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! 1049 dəfə oxunub
- Qənirə Paşayevanın son durumu AÇIQLANDI 1047 dəfə oxunub
- Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var 1041 dəfə oxunub