İmmunitetin artırılması üçün bunları bilməliyik RESEPT

769
İmmunitetin artırılması üçün bunları bilməliyik RESEPT

İmmuniteti zəif olan insanlar daha tez-tez xəstələnirlər. Sizə immuniteti möhkəmləndirmək üçün bir neçə xalq təbabəti üsulu təqdim edirik.

Bu üsullardan həm xəstəlik zamanı, həm profilaktik tədbir kimi istifadə etmək olar.

- Bir limonun yarısını qabığı ilə xırda doğrayın. Orta ölçüdə olan 7-8 diş sarımsaq doğrayın və limona əlavə edin. Limonla sarımsaq qarışığını ½ litrlik bankaya yığın və üzərinə banka dolana qədər qaynanmış ilıq su əlavə edib 4 gün ərzində qaranlıq yerdə saxlayın. Sonra limonla sarımsağı çıxarmadan soyuducuya qoyun. Hər gün səhər yeməyindən 20 dəq. əvvəl qəbul edin. Bu təbii dərmanı qış və yaz ərzində hər gün qəbul edin.

- 500 qr xırdalanmış qoz, 300 qr bal, 100 qr aloe bitkisinin şirəsi, 4 limonun şirəsini yaxşı qarışdırın və 1 gün ərzində qaranlıq yerdə saxlayın. Gündə 3 dəfə ½ saat yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin.

- Qara qarağat, exinaseya, melissa, meşə çiyələyi yarpaqları və itburnu meyvələrini xirdalayın və qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 250 ml qaynar su əlavə edib 3 saat ərzində dəmləyin. Bu dəmləməni gün ərzində qəbul edin.

- Kişmiş, qoz və ərik qurusu (hərəsindən 1 xörək qaşığı) xırda doğrayın və qarışdırın. Üzərinə 1 xörək qaşığı bal və ½ limonun şirəsini əlavə edin. Yaxşı qarışdırın. Qış ərzində hər gün 1 xörək qaşığı qəbul edin.

- 1 xörək qaşığı sürtgəcdən keçirilmiş topinamburun üzərinə 1 stəkan qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra süzün və 1 çay qaşığı bal əlavə edib gün ərzində qəbul edin.

Xəbər lenti