Normal yuxu insanın sağlamlığında ən önəmli rollardan birini oynayır.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmalar göstərir ki, keyfiyyətsiz yuxu, yuxunun az olması ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi və sinir sisteminin fəaliyyətində pozulmaların, hətta xərçəngin riskini artırır.
Yuxuya tez getməsi, yuxunun daha dərin olması üçün mütəxəssislər corabda yatmağı tövsiyə edirlər. Xarici KİV-lərin məlumatına görə, İsveçrədə aparılmış bir araşdırma zamanı iştirakçıları 2 qrupa bölüblər. Bir qrupa corabda, digər qrupa corabsız yatmağı tapşırıblar. Bir müddətdən sonra corabda yatan iştirakçılar etiraf ediblər ki, daha tez yuxuya gedir, gecə daha az oyanır, səhər özlərini daha gümrah hiss edirlər.
Mütəxəssislərin fikrinə görə, bunun səbəbi damarların genişlənməsi və bədənin termorequlyasiyasının tənzimlənməsidir.
Mütəxəssislər yatmazdan əvvəl təmiz, rezini sıx olmayan (ayaqları sıxmasın deyə) pambıq corab geyinməyi tövsiyə edirlər.
Maraqlıdır ki, Çində aparılmış digər araşdırma göstərib ki, corabda yatan ailə cütlükləri sonsuzluq problemi ilə daha az üzləşir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub