Sarımsaq soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növüdür. Kəskin yandırıcı dadı və özünəməxsus iyi olan bu bitkidən çox qədim zamanlardan bəri Şərq təbabətində bir sıra xəstəliklərə qarşı dərman vasitəsi kimi istifadə olunur.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, sarımsağın faydaları və xəstəliklərə qarşı istifadə qaydaları haqqında Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti, tibb elmləri namizədi Sərxan Tağıyev danışıb.
S.Tağıyev deyib: "Mən deyərdim ki, sarımsaq bütün tərəvəzlərin şahıdır. Elə bir xəstəlik yoxdur ki, orada sarımsaq özünün müalicəvi təsirini göstərməsin. Misal üçün bu bitki aterosklerozun inkişafının, qaraciyərin piylənməsinin qarşısını alır, xolesterin mübadiləsini gücləndirir, fitonsid effekti göstərir. Bundan əlavə dəri, ürək, ginekoloji xəstəliklərdə də sarımsaq çox gözəl effekt verir. Burada əlbəttə ki, bəzi xəstəliklər istisna edilir, misal üçün mədə yarası. Sarımsaq əsasən qurd xəstəliyi zamanı qurdlara qarşı göstərdiyi öldürücü təsirə görə bütöv udulur. Dəri xəstəlikləri dedikdə ekzema və ya yanıqları misal çəkmək olar. Belə hallarda ilıq (50-60 dərəcə temperaturda) bitki yağına əzilmiş sarımsaq əlavə olunub, bir müddət gözlətdikdən sonra problemli nahiyəyə çəkilir. Sarımsaqdan hazırlanan preparatlar damarları içdən təmizləyir".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub