Baş ağrısı insanların ən çox əziyyət çəkdiyi problemlərdəndir.
Metbuat.az bu ağrını dərmansız kəsmək üçün 10 çarəni təqdim edir:
1. Çox uzun müddət ac qalmaq baş ağrısının səbəblərindən biridir, çünki aclıq qan şəkərinizin düşməsinə səbəb olar. Daimi və balanslı bəslənmək və təbii ki, doğru qidalar ilə qidalanmaq lazımdır. Bol miqdarda maqnezium baş ağrılarınızın qarşısını ala bilər. Çox yağlı və şəkərli qida istehlakı baş ağrısının ən böyük səbəblərindən biridir. Araşdırmalara görə qədərində qəhvə içimi baş ağrılarınızın yüngülləşdirər, çünki kafenin qan dövranını tarazlayır.
2. Sabahları baş ağrısıyla ayılırsızsa, bu diş və çənənizlə əlaqədar bir probleminiz olduğunu göstərir. Diş ağrıları özünü baş ağrısı şəklində hiss etdirə bilər. Diş həkiminizi nizamlı olaraq ziyarət etməniz bu ehtimalı ortadan qaldıracaq. Ağız və diş sağlamlığının nizamlı bir şəkildə edilməsi, bu səbəblə meydana gələ biləcək baş ağrınızın önünə keçəcək.
3. Bütün gün stol başında və ya kompüter qarşısında oturan adamlarda bel, xüsusilə boyun ağrıları baş ağrılarına səbəb ola bilər. Belə bir problemlə qarşılaşdıqda fen maşınınız sizə kömək edə bilər. Feninizi isti nizamına gətirərək, boynunuzdan çiyinlərinizə dairələr çəkərək bir neçə dəqiqə masaj edin. Faydasını görəcəksiniz. Amma ən əhəmiyyətlisi stol başı və ya kompüter qarşısında doğru mövqedə oturmaqdır.
4. Çox uzun davamlı yatmaq , az yatmaq qədər baş ağrısına səbəb olacaq. Həftə sonları nizamsız və ya uzun davamlı yuxuların nəticəsində yaranan baş ağrıları çox sıx görülən bir problemdir. Yuxu saatı nizamınızı həftə sonları pozmayın. Nizamlı yuxu saatları yalnız baş ağrılarınız üçün deyil , sağlam bir bədən üçün də faydalı olacaq.
5. Fərqində olmadığınız göz pozuqluqları baş ağrısının səbəblərindən biridir. Kitab oxuyarkən baş ağrısı çəkirsinizsə və bəzən oxumaqda çətinlik çəkirsinizsə bir göz həkiminə gedin. Nizamlı olaraq göz həkimində müayinə olmaq göz pozuqluqları səbəbiylə meydana gələ biləcək baş ağrılarınızın qarşısını alacaq
6. Hər insanda çox stress orqanizmdə dəyişikliklərə səbəb ola bilir. Kimisində mədə ağrısı şəklində , kimisində boyun ağrısı, kimisində də baş ağrısı şəklində özünü göstərir. Mümkün olduğunca stressdən uzaq dayanmalısınız.
7. Az su içmək qan laxtalanmasına səbəb olur və oksigen sorulmasını azaldır. Oksigen alışının azalması baş ağrılarının böyük səbəblərindən biridir. Su içmək üçün susama gözləməyin , çünki susama hissi bədəninizin sizə olan xəbərdarlığıdır. Xəbərdarlıq gəlmədən su istehlak edərək bədəninizin su ehtiyacını qarşılayın . Orta hesabla bir insanın gündə 2 litr su istehlak etməsi lazımdır.
8. Yukarıdaki maddə də ifadə etdiyimiz kimi oksigen alınımının azalması baş ağrılarının ən böyük səbəblərindən biridir. Siqaret çəkmək , siqaret çəkilən mühitlərdə olmaq , havasız və ya çirkli havası olan yerlərdə olmaq , nəfəs aldıqda kafi oksigen almamanıza səbəb olacaq. Əgər istifadə edirsinizsə siqareti buraxmalı və yuxarıda bəhs etdiyimiz mühitlərdən uzaq dayanmalısınız.
9. Soyuq gel kompress ilə boyuna və çiyinlərə edilən masaj baş ağrılarınızı yüngülləşdirər. Əvvəl soyuq gel kompresi gicgahlarınıza , alnınıza və çiyinlərinizə bir dəqiqə sürtün, sonra 3 dəqiqə ara verin , təkrar bir dəqiqə soyuq kompres tətbiq edin. Daha sonra nanə yağıyla gicgahlarınıza masaj etsəniz nəfəsiniz açılacaq. Bu sizə rahatlıq hissi verəcək, rahatlaşdıracaq və əzələlərinizi gumrahlaşdıracaqdır. Əgər nanəyə qarşı allergiyanız varsa nanə yağı masajını tətbiq etməməlisiniz.
10. Həftədə ən az 3 dəfə yarım saat təmiz havada velosiped sürmək və ya piyada gəzmək baş ağrılarına yaxşı gələcəkdir.