Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızların bəh-bəhlə geyindiyi bu ayaqqabılar təhlükəlidir? - Mütəxəssis rəyi

Son bir neçə ildir ki, çox yumşaq və içi isti olan uqi ayaqqabılarını qışda gənc qızlar böyük həvəslə alır. Razılaşmaq lazımdır ki, ayaqqabı yumşaq və isti olduğu kimi, həm də rahatdır. Amma bu rahatlığın arxasında dayanan zərərli məqamlar da var. 

Ortopedistlər bildirir ki, uqi ayaqqabıları ayaqlar üçün ziyandır. Belə ki, məşhur ortopedik cərrah Yan McDermott (Böyük Britaniyada) deyir ki, uqilər ciddi diz ağrıları yarada bilər. Ona görə ki, bu kimi ayaqqabılar ayağın ehtiyac duyduğu lazımi dəstəyi təmin etmir. Həkimin sözlərinə görə, yumşaq ayaqqabı üzərində gəzən insanın duruşu və bədənin quruluşu dəyişir. Həmçinin dizlər sanki daxildə bir-birinə sürtünür.

Beləliklə, ayaqlara düşən ağırlıqdan dolayı dizlər ağrımağa başlayır. Müəyyən müddətdən sonra xəstənin səhhətinin yaxşılaşması üçün əməliyyata da ehtiyac ola bilər.

Həkim xəbərdarlıq edir ki, bir insanın anadangəlmə zəif sümükləri və bədən quruluşu varsa, uqi və buna bənzər yumşaq ayaqqabı geyinməməlidir. Sağlam insanlara bu kimi ayaqqabılar geyinmək olar, lakin məhdud zaman çərçivəsində, 30 dəqiqədən çox olmamaq şərti ilə. Məsələn, buna evdə geyinə biləcəyiniz yumşaq ev ayaqqabıları aid ola bilər. Lakin küçəyə çıxanda isə ayaqlarımızı düzgün istiqamətdə tuta biləcək ayaqqabı geyinməliyik.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...