CƏMİYYƏT Şəkər dərmanları arıqladır və... öldürür

1526
CƏMİYYƏT Şəkər dərmanları arıqladır və... öldürür

Arıqlamaq, artıq çəkilərdən qurtulmaq xüsusilə qadınları məşğul edən məsələdir. Bunun üçün müxtəlif yollara əl atılır. Son illər isə artıq çəkilərindən xilas olmaq istəyən xanımlar diabet xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanlardan istifadə edirlər.

Bu dərmanlar arıqlatsa da, əlavə təsirləri də var ki, ölümə qədər aparır.
 
Mynews.az axar.az-a istinadən bildirir ki, professor, tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, maddələr mübadiləsini qaydaya salmaq və şəkərin miqdarını endirmək üçün müxtlif dərman preparatları istifadə olunub. Bunlar arasında ən çox istifadə olunan və üstünlük veriləni tərkibi metformin olan dərmanlardır:
 
"Şəkər xəstələri üçün nəzərdə tutulmuş siofor, qlukofaş kimi dərmanlar var ki, onların hamsının tərkibi metformindir. Arıqlamaq istəyən, artıq çəkidən əziyyət çəkən xanımlar bu dərmanlardan istifadəyə üstünlük verir. Metformin çəkini aşağı salan maddədir. Davamlı olaraq qəbul etdikdə, çəkini azaldır".
 
A.Qeybulla bildirib ki, şəkər dərmanlarından arıqlama vasitəsi kimi istifadənin sonu qorxuludur:
 
"Bu gün şəkər xəstəsi olmayanlar da bu dərmanlardan istifadə edir ki, artıq çəkilərindən xilas olsunlar. Ümumiyyətlə, birdəfəlik bunu qəbul etməlidirlər ki, arıqlamaq və çəkilərdən xilas olmaq üçün dərmandan istifadə yanlışdır. Bu ancaq həkim tərəfindən müəyyən edilə bilər. Şəkər xəstələri üçün nəzərdə tutulmuş dərmanlardan istifadə isə ümumiyyətlə yolverilməzdir. Təəssüf ki, qadınların əksəriyyəti buna əməl etmir və bir- birindən eşitməklə kor-koranə olaraq dərmanlardan istifadə edirlər. Bu dərmanlar həqiqətən çəkini aşağı salsa da, əks təsirləri daha çoxdur. Davamlı istifadəsi böyrəklərdə problem yaradır, sümük əriməsinə qədər gətib çıxara bilər".
 
Professorun sözlərinə görə, dibet xəstələri üçün nəzərdə tutulan dərmanlar əslində bir qayda olaraq reseptlə satılmalıdır. Bu dərmanların sərbəst satışı düzgün deyil:
 
"Ona görə də qeyd etdiyimiz problemlər ortaya çıxır. Avropanın heç bir ölkəsində sərbəst formada hər hansısa dərman əldə etmək mümkün deyil. Diabet dərmanları da həmçinin".

Xəbər lenti