“Kinder sürpriz”də kanserogen maddə tapılıb.
Medicina.az xəbər verir ki, bu haqda Almaniyada istehlakçıların hüquqlarını müdafiə edən təşkilat məlumat yayıb. Nüfuzlu xarici KİV-də yazılıb ki, üzərində ekspertiza aparılan 5 məhsulda mineral yağların təhlükəli konsentrasiyasının normadan artıq olduğu üzə çıxıb. Bu yağlar adətən neft emalı prosesində yaranır.
Məlumata görə, kanserogen maddə şokoladın örtüldüyü kağızda yaranır və şokolada keçir.
“Biz istehlakçılara bu məhsulu almamağı məsləhət görürük. Çünki MOAH birləşməsi qida üçün qətiyyən uyğun deyil”, – deyə təşkilatın rəhbəri bildirib. Bu təşkilat “Kinder” məhsullarının satışdan yığışdırılması məsələsini də qaldırıb, lakin hələ ki, müsbət cavab almayıb. Konditerlər Assosiasiyası isə bildirib ki, bu konsentrant narahatlıq yaratmır və alıcılar təşvişə düşməməlidir.
Rusiyalı mütəxəsislər də təsdiqləyib ki, texniki yağın kağızdan şokolada keçməsi, ordan da orqanizmə düşməsi ciddi allergik reaksiyalar, zərərli maddələrin toplanması və sonda xərçənglə nəticələnə bilər.
Ekspertlər şokolad istehsalında hansısa texniki səhvin baş verdiyini, lakin brendin öz alıcılarını itirməmək üçün bu səhvi ört-basdır etməyə çalışdıqlarını güman edir.
Həkim-pediatrlar isə “Kinder sürpriz”in uşağın mədə, qaraciyər və sinir sistemini zədələyəcəyini bildirib. Çünki neftdən ayrılan maşın yağının orqanizmə düşməsi və qəbul olunması ölümcül təhlükədir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub