Alma sirkəsi alma şirəsinin qıcqırmış halıdır. Alma şirəsi qıcqırdığı zaman sirkə turşusu əmələ gəlir. Nəticədə tərkibi tam olaraq başqa bir məhlul alınır.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, alma sirkəsinin tərkibi A, B1, B2, B6, C, E vitaminləri və dəmir, kaliy, kalsiy, maqniy, mis, natriy, fosfor və xlor kimi lazımlı mikroelementlərlə zəngindir. Həmçinin pektin kimi lazımlı maddə də bu məhlulun tərkibində vardır.
Hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan alma sirkəsinin orqanizm üçün faydaları saymaqla bitməz.
1. Arıqlamağa kömək edir. Alma sirkəsində olan asetik turşusu aclıq hissini və su itkisini azaldır. Eyni zamanda yağ yandırılmasına da kömək edir. Salatlarınıza iki qaşıq əlavə edə bilərsiniz.
2. Sellüliti azaldır. Bir qaşıq alma sirkəsinə iki qaşıq yağ əlavə edərək, sellülit olan bölgəni masaj edin.
3. Qan şəkərini nizamlayır. Alma sirkəsi şəkərin qan dövranına qarışmasını yavaşladaraq qan şəkərini nizamlayır, qlükoza səviyyəsini aşağı salır. Yatmazdan əvvəl iki qaşıq qəbul etməyiniz kifayət edər.
4. Ürəyə yaxşı təsir edir. Alma sirkəsindəki asetik turşusu eyni zamanda qan təzyiqi və zərərli xolesterolu (LDL) azaldır, xeyirli xolesterolu artırır (HDL). Yeməklərinizə alma sirkəsi qataraq, daha sağlam ürəyə sahib olun.
5. Oksidi aradan qaldırıcı təsirə malikdir. Toxuma və hüceyrələrinizə zərər verən molekullarla mübarizə aparır. Bir çox meyvə və tərəvəz kimi, alma sirkəsi də antioksidan qaynağıdır.
6. Yaşlanmağa qarşı təsiri var. Antioksidan xüsusiyyəti eyni zamanda bədəndəki asit tarazlığını təmin edərək yaşlanmağı yavaşladır. Bir sprey qabına alma sirkəsi tökün, üzərinə bir az su əlavə edərək, üz təmizləyici tonik kimi istifadə edə bilərsiniz.
7. Məsamələri və ləkələri müalicə edir. Alma sirkəsini pambığın köməyi ilə ləkələrinizin üstünə sürtdükdə ləkələr quruyur. Bu isə ləkələrin yox olmasını sürətləndirir.
8. Osteoporozun müalicəsində istifadə edilir. Tərkibindəki kalsium və minerallarla osteoporoz riskini azaldır. Daha güclü sümüklər üçün yeməklərinizdə alma sirkəsindən istifadə edə bilərsiniz.
9. Boğaz ağrısına yaxşı təsir edir. Virus əleyhinə olması və antibakterial xüsusiyyəti sayəsində boğaz ağrısına qarşı istifadə edilə bilər. Alma sirkəsi ilə qarqara edərək boğaz ağrısını yumşalda bilərsiniz.
10. Burnun nəfəs yollarını rahatladır. Tərkibindəki potasium və asetik turşusu sayəsində alma sirkəsi burun tutulmasını aradan qaldırır. Bir stəkan suya bir qaşıq alma sirkəsi qarışdıraraq için.
11. Hıçqırığı aradan qaldırır. Hıçqırığın əsas səbəbi olan mədədəki turşuluğu nizamlayır. Alma sirkəsi ilə qarqara edərək bundan xilas ola bilərsiniz.
12. Sağlam saçlar. Boş bir şampun qutusuna yarım qaşıq alma sirkəsi və bir stəkan su tökün. Həftədə bir neçə dəfə şampundan sonra saçlarınızı bu qarışımla durulayın.
13. Ağız iyini aradan qaldırır. Antibakterial tərkibli olması sayəsində ağız iyi ilə mübarizə apara bilir. Ağızı gündə ən azı bir dəfə alma sirkəsi ilə yuyun.
14. Həzmə yaxşı təsir edir. Balaca stəkanda suya bir qaşıq bal və bir qaşıq alma sirkəsi qarışdırıb axşam yeməyindən yarım saat əvvəl için.