Paxıllıq, inadkarlıq, laqeydlik hansı orqanların ağrımasına səbəb olur?

1159
Paxıllıq, inadkarlıq, laqeydlik hansı orqanların ağrımasına səbəb olur?

Bəzən nüfuzlu tibb alimləri bütün xəstəliklərin təxminən 80 faizinin psixosomatik səbəbdən yarandığını, daha doğrusu, sinir sahəsində nöqsanlarla əlaqədar olduğunu deyir. Bu, o deməkdir ki, bir çox hallarda bizim sağlamlığımız əhval-ruhiyyə, fikir və hisslərdən asılıdır.

Publika.az-ın sağlamlıq bölməsi orqanların mənfi emosiyalardan asılılığını uzaqlaşdırmağın yollarını və bədəninin hansı hissələrinin daha çox yoluxma riskinə məruz qaldığının izahını təqdim edir.

Baş

Əgər baş ağrıları daim zəhlənizi tökürsə, bu, o deməkdir ki, siz daimi fikirli olursunuz. Bundan adətən öz-özünə qiymət verməyən, özgüvəni aşağı olan və daim problemlərlə əlləşən intellektual insanlar əziyyət çəkir. Eləcə də baş ağrıları paxıllıq hissindən yarana bilər. Məsələn, çoxları rəqiblərinin onu üstələməsini həzm edə bilmir, nəticədə bu barədə çox düşünür və fikirləri ilə daim özünü yeyir.

Saçlar

Saçların vaxtından əvvəl dazlaşması, tökülməsi, yaxud saçlara dən düşməsi stress və ya keçirilən qorxunun nəticəsidir.

Boyun

Məhz boyun ağıl və bədən arasında bağlayıcı orqan kimi xidmət edir. Belə ki, qarşılıqlı əlaqələr pozulduqda o, xəstəliklərə meylli olur. Bundan başqa insan öz problemlərini görməzlikdən gələndə, onları həll etməməyə üstünlük verəndə də bu nahiyədə ağrılar yaranır.

Gözlər

Gözləriniz yaxını görmürsə, bu, sizin gələcəyə baxmaqdan qorxduğunuzu, bu günlə yaşamağı üstün tutduğunuzdan xəbər verə bilər. Uzağı görməyən insanlar isə əksinə, insanın göylərdə uçmağa üstünlük verməsini və bu günlə yaşamağa qadir olmadığını göstərir.

Dişlər

Diş ağrısı insanın qətiyyətsizliyi və özünə aid qərarları qəbul etmək iqtidarında olmaması ilə izah oluna bilər.

Onurğa sütunu

Bel sümüyüylə ilə bağlı problemlər apatiya (laqeydlik halı, müəyyən hərəkətlərə meylin, marağın olmaması, çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur) və itirilmiş inamın göstəricisidir.

Mədə

Mədə problemləri daim həyəcan içində olmağınız, əsəb və kədər ilə bağlı ola bilər. Həyatda qətiyyətli olmayan insanların ürəyində nəticəsizlik hissi hökm sürür, dolayısı ilə bu da mədə xəstəlikləri riskini dəfələrlə artır.

Diz

Oynaqlarda, xüsusən də dizlərdə problem həddindən artıq inadkarlıq və qürurun olduğunu göstərir. Belə ki, əgər kimsə özünü başqalarından üstün hesab edirsə, başqasının fikri ilə hesablaşmırsa, öz sağlamlığını riskə atır.

Baldır

Baldırlarda ağrı öz ideallarının puç olması və tam güclü peşmançılıq nəticəsində yarana bilər.

Bu mövzu barədə yekun olaraq onu demək olar ki, bütün xəstəliklər əsəbdən yaranır, yalnız sifilis həzdən yarana bilər. Odur ki, imkan daxilində özünüzü mənfi emosiyalardan qorumağa çalışın.

Xəbər lenti