Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 10,5 faiz azalıb.
Mynews.az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, indiyədək 65 xəstədən laborator analizlər üçün müayinə materialı götürülüb. Laborator müayinələr zamanı Azərbaycanda qripə yoluxma faktının olduğu təsdiqlənməyib.
A.Əliyeva qeyd edib ki, RGEM tərəfindən bütün tibb müəssisələrinə laborator müayinələr üçün yaxmaların götürülməsi məqsədilə kifayət qədər ləvazimatlar paylanılıb.
Qeyd edək ki, Rusiya saytlarının yazdığı məlumata görə, bu ölkədə B tipli ölümcül qrip növü - yamaqat qripi yayılıb. Tibb ekspertlərinin fikrincə, yamaqat qripinin simptomları adi qrip kimidir. Risk qrupuna yaşlı insanlar və xroniki xəstəliklər keçirən şəxslər daxildir ki, onlarda da bu qrip ölümcül ola bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub