"Bu ilin noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib".
Mynews.az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Z.Əlimirzəyeva bildirib ki, hər ikisində talassemiya daşıyıcılığı olan cütlülərin sayı 3 olub: "Bu müddət ərzində 23 hamilə qadında prenatal müayinə aparılıb. Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub".
"Bu il ərzində 127 173 nəfər müayinədən keçib. Onlardan 13 794 nəfərdə talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 QİÇS, 38 nəfərdə isə talassemiya daşıyıcılığı olan cütlüklərin tapılıb" - o qeyd edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub