Kişmiş və kişmiş suyu kaliumla zəngindir. Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır. Mynews.az saglamolun.az-a istinadən bildirir ki, müntəzəm olaraq kişmiş suyu içən insan qəbizlik problemi ilə vidalaşa bilər.
Kişmiş suyunun hazırlanması:
Kişmiş suyunu hazırlamaq çox asandır. Bunun üçün 1 ovuc kişmiş təmizlənir, yuyulur, termosa tökülür. Üzərinə 1 stəkan isti su tökün, səhərə qədər saxlayın. Səhər bu suyu için və kişmişi yeyin. Kişmiş suyunu uşaqlara da vermək olar.
Qeyd edək ki, kişmiş suyu qaraciyər və ürək üçün də çox faydalıdır.
Kalium ürək əzələsini möhkəmləndirir, arterial təzyiqin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər bu sadə və faydalı vasitədən tez-tez istifadə edə bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub