Bu sadə və inanılmış üsul barəsində hələ 50 il əvvəl alim Otto Barns məlumat vermişdi. Bizimyol.biz Rusiya KİV-lərinə istinadən marağınızı çəkəcək məlumatı diqqətinizə çatdırır. Bədən temperaturu qalxanabənzər vəzin necə işləməsini göstərən ən dəqiq indikatordur. Lakin bir nüans var. Temperaturu yataqdan qalxmadan ölçmək lazımdır. Yataqdan qalxmadan qeyri- normal bədən temperaturu qalxanabənzər vəzin iltihab prosesinin ilk əlamətidir.

Termometri axşamdan yatağınızın yanına qoyun. Civə sütunu 35 dərəcəni göstərməlidir.Yuxudan ayılan kimi termometri qolunuzun altına qoyub 10 dəqiqə saxlayın. Nəticəni qeyd edin. Temperatur 36,5-36,8 dərəcə intervalında olarsa demək hər şey qaydasındadır.
Temperatur 36,5 dərəcədən aşağıdırsa demək sizdə hipotireoz əlamətidir. Bu o deməkdir ki, qalxanabənzər vəz lazım olduğundan ləng işləyir. Buna görə siz xroniki yorğunluq, depressiya, diqqətsilik, yaddaşsıslıq, tez -tez soyuqlama kimi xəstəliklərdən əziyyət çəkirsiniz. Saçlarınız, qaşlarınız tökülür.
Əgər temperatur 36,8 dərəcədən çoxdursa demək ki, qalxanabənzər vəz həddən artıq fəaliyyəət göstərir. Orqanizmdə güclü iltiabi proses gedir.Yəni xəstələnmisiniz və müalicə almırsınız.
Nəticəni dəqiq bilmək üçün bir neçə gün ard -arda yoxlayın. Unutmayın qalxanabənzər vəzin normal fəaliyyəti üçün düzgün qida rasionu da vacibdir. A vitamini, selen, maqneziumla zəngin qidalardan hər gün istifadə edin.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub