Əncirin insan sağlamlığına möcüzəvi faydaları var. Bəs quru ənciri südün içərisində saxlayıb içdikdə faydasının iki qat artdığını bilirsinizmi? Milli.Az lent.az-a istinadən əncirli südün şəfa olduğu xəstəliklər və istifadəsi haqqında məlumat verir.
Qəbizlik əleyhinə
Qaynayan südün içərisinə 3 və ya 4 ədəd quru əncir atın. Daha sonra əncirlərlə bərabər 5 dəqiqə qaynadın. Qaynadıqdan sonra əncirli süd qarışımını blenderdən keçirin. Əncirlər südün içində püre halına gəldikdə içə bilərsiniz. Ən az yarım saatdan sonra qəbizlik probleminiz aradan qalxacaq.
Öskürək əleyhinə
Əncir sinəni yumşaltdığı üçün bronxit və öskürək kimi sağlıq problemlərində bəlğəmi təmizləyərək rahatladır. İki stəkan çiy südün içinə iki ədəd quru əncir doğrayıb qaynadın. İyirmi dəqiqə saxlayın və süzün. Gündə iki dəfə isti-isti için.
1-2 ədəd quru ənciri 2 çay qaşığı balla birlikdə isti suda qarışdırıb çay kimi də içə bilərsiniz. Bir neçə dəfə içdikdən sonra boğaz ağrınız dərmansız sağalacaq.
Süd içə bilməyən əncir yesin
Hər hansı bir səbəbdən süd içmirsinizsə, bu vəziyyəti dərd etməyin. Quru əncir meyvəsi də südün yerinə keçir. Əncirin tərkibində olan kalsium və fosfor sümük və diş sağlığını qoruyursunuz. Buna görə süd içməyən şəxslərə gündə 3 ədəd quru əncir yemək məsləhət görülür.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub