Sarımsaq yağı əsl təbii dərmandır. Sarımsaq yağı bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi və profilaktik vasitə kimi istifadə oluna bilər.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, bu yağın güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətləri var. Yağ soyuqdəymə və qripp xəstəliklərinin güclü profilaktik vasitəsidir.
Sarımsaq yağı təbii antibiotikdir. Onun tərkibində olan bioloji aktiv maddələr bağırsaq çöpü, difteriya, vərəm çöpü, stafilokokk, streptokokk və s. kimi ziyanlı bakteriyaları öldürmək xüsusiyyətinə malikdir.
Sarımsaq yağı damarlar üçün çox faydalıdır - onları daha elastik və möhkəm edir, təmizləyir, aterosklerozun qarşısını alır.
Sarımsaq yağı qurd əleyhinə vasitə kimi də istifadə olunur.
Sarımsaq yağı güclü ümumi möhkəmləndirici vasitədir - xəstəlik və ya əməliyyat keçirmiş insanlar bərpa dövründə bu yağdan istifadə edə bilərlər.
Sarımsaq yağı immun sistemini möhkəmləndirir, orqanizmi cavanlaşdırır, mübadilə proseslərini sürətləndirir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Sarımsaq yağı cinsiyyət sisteminə çox müsbət təsir edir, kişilərdə potensiyanı və spermanın keyfiyyətini yaxşılaşdırır.
Sarımsaq yağı həmçinin kosmetologiyada da müxtəlif saç maskalarının tərkibində geniş istifadə olunur - saçları gözəl və sağlam edir, kəpəklə mübarizə edir.
Sarımsaq yağını ev şəraitində hazırlamaq çox asandır. Bunun üçün 2 iri baş sarımsağı təmizləyin, sarımsağəzənlə əzin, bir qaba tökün, üzərinə 1 stəkan iysiz bitki yağı (ən yaxşı variant - zeytun yağı) tökün, yaxşı qarışdırın, 1 həftə sərin qaranlıq yerdə saxlayın, vaxtaşırı qarışdırın. 2 həftədən sonra yağı yaxşı süzün və gündə 1 dəfə 1 ç.q. olmaqla qəbul edin. Həmçinin bu yağı salatlara da əlavə etmək olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub