Səhiyyə Nazirliyi (SN) "Grand Hospital"da Nurağa Qasımovun əməliyyat olunarkən dünyasını dəyişməsi məsələsinə münasibət bildirib.
Nazirlikdən Mynews.az-a bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları SN-nə müraciət etməlidirlər.
Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. Bu səbəbdən də SN özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır: "Xəstənin hansı səbəbdən ölməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin araşdırmasından sonra məlum olacaq".
Qeyd edək ki, hadisə ilə əlaqədar faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, "Grand Hospital"da 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib. N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub