Hazırda bütün dünyada artıq çəki problemi əksər insanları narahat edir. Buna görə də insanlar müxtəlif yollarla arıqlamağa çalışır, amma bu, onların səhhətində müəyyən problemlərə də yol aça bilir.
Mynews.az lent.az-a istinadən təbii yolla sağlam arıqlamaq üçün köməyinizə çatan qidaları diqqətinizə çatdırır.
Yaşıl çay
Yaşıl çay tərkibindəki kateşin sayəsində metobolizmaya müsbət təsir edir. Yağ oksidasiyasını artıraraq, daha çox kalori yandırılmasını təmin edir.
Kakos yağı
Kakos yağı bədəndə yağ yığılması yerinə enerji olaraq istifadə edilən zəncirli triqliserid tərkiblidir. Buna görə yağ yandırıcı təsirə malikdir.
Yağsız ət
Yağsız ətlər termogenik təsirə malikdir. Bu sayədə daha çox kalori yandırarlar. Xüsusilə toyuq sinəsi kimi ağ ətlər yağ yandırmada daha təsirlidir.
Acı bibər
Acı bibərin tərkibində olan kapsaisin maddəsi yağları oksidləşdirərək bel və ətrafını incəldir.
Banan
Bananda olan nişasta bağırsaqlardakı bakteriyalar tərəfindən yağ turşusuna çevrilir və yağların yandırılmasını təmin edərək şişkinliyin qarşısını alır.
Badam
Badam metabolizma sürətini artıran əzələlərin yaranmasına kömək edir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub