Siqaret çəkənlər mütləq oxusun

Bürqer xəstəliyi zamanı orta və kiçik arteriya və damarlarda iltihab yaranır, damarlar sıxılır, qan dövranı kəskin pozulur.
Xəstəlik əksər hallarda ayaqlar və qollar damarlarında inkişaf edir.
Xəstəliyin inkişaf etmə səbəbi məlum deyil. Lakin məlumdur ki, Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. Bu səbəbdən xəstəliyin əsas risk faktoru siqaret çəkmək sayılır. Həmçinin siqaret çəkməyin davam etməsi Bürqer xəstəliyi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, xəstəlik əksər hallarda 20-40 yaşlar arası siqaret çəkən kişilərdə inkişaf edir. Nadir hallarda bu xəstəliyə qadınlarda da rast gəlinir. Bu siqaret çəkmək kimi pis vərdişin qadınlar arasında yayılması ilə izah olunur.
Xəstəliyin əvvəlində insanda ayaqlarda və əllərdə qan dövranının pozulmasının simptomları inkişaf etməyə başlayır - ayaqlar və əllər soyuq olur, keyiyir, qarışda yeriməyi hissi yaranır, barmaqlarda həssaslıq itir, barmaqlar göyərir, ağrılar, qıcolmalar əmələ gəlir. Qan dövranının pozulması barmaqların uclarından başlayır və sonra yuxarı - qola və ayağa yayılır.
Ayaqların damarları zədələndikdə insan axsamağa başlayır. Xəstəlik inkişaf etdikcə ətraflarda ödemlər inkişaf edir, dərinin vəziyyəti pisləşir, rəngi dəyişilir, dəridə xoralar əmələ gəlir. Xəstəliyin ən təhlükəli ağırlaşması - qanqrenadır (bədənin bir yerində toxumaların çürüməsi). Qanqrenanın yeqanə müalicə üsulu zədələnmiş hissənin kəsilməsidir.
Xəstəliyin diaqnostikası zamanı damarların doppler USM-i, angioqrafiya (arteriyaların rentgeni) istifadə olunur.
Bürqer xəstəliyi olan insan mütləq siqaret çəkməkdən imtina etməlidir. Əks halda xəstəlik inkişaf etməkdə davam edəcək və nəticədə ətrafların amputasiyasına (kəsilməsinə) səbəb olacaq. Xəstəyə xüsusi müalicə (spazmolitik, qanduruldan, toxumalarda metabolizmi yaxşılaşdıran və s. preparatlar) təyin olunur. Ayaqlarda xoralar və qanqrena olmayan xəstələrə gün ərzində bir neçə dəfə 20-30 dəqiqə ərzində piyada gəzmək tövsiyə olunur.
Konservativ müalicə kömək etmədikdə cərrahi müalicə tətbiq oluna bilər.
Sağlamlıq
- Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - AÇIQLAMA
- Qanı qatılaşdıran 5 qida – 40 yaşından sonra yemək olmaz
- Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı
- Həkimlərdən koronavirusla bağlı xəbərdarlıq - Əgər boğazınız ağrıyırsa...
- Sınaqlarda tarixdə ilk dəfə bütün xəstələr sağaldılar - Xərçəngin dərmanı tapıldı
- Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ 1082 dəfə oxunub
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” 1059 dəfə oxunub
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! 1048 dəfə oxunub
- Qənirə Paşayevanın son durumu AÇIQLANDI 1046 dəfə oxunub
- Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var 1040 dəfə oxunub