Yuxu çatışmazlığından əziyyət çəkən insanlar gün ərzində lazımi saatlarda yatan insanlara nisbətən daha çox kökəlməyə meyillidir.
Mynews.az Trend-ə istinadən bildirir ki, Yaponiyanın Vaseda Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Məlumata görə, mütəxəssislər 3 gün ərzində iki müxtəlif qrup üzərində təcrübə aparıb. Qruplardan biri gün ərzində 7 saat, digər qrup isə iki dəfə az yatıb.
Nəticədə daha az yatan şəxslərdə iştaha cavab verən hormonlar 10 faiz azalıb.
Bununla belə, həmin qrup növbəti gün normal 7-8 saat yatdıqdan sonra hormonlar bərpa olunub.
Alimlər qeyd edir ki, yuxunun fiziki fəaliyyət və qidalanma ilə əlaqəsi çox güclüdür. Qeyd olunur ki, yuxu çatışmazlığı insanın daha çox yemək istəməsinə gətirib çıxarır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub