Dil daxili orqanların güzgüsüdür. Dil insan sağlamlığının vəziyyətinin göstəricisidir. O, bütün orqanların vəziyyətini əks etdirə bilir. Sağlam insanlarda dilin rəngi açıq çəhrayı, zədəsiz, çapıqsız, iltihabsız olur. Məsələn, dilin ucunda qızartı ürəkdə, qəhvəyi ləkə həzmdə problem olmasına işarədir. Xəstəliyi vaxtında aşkar etmək üçün diaqnoz qoyulmalıdır. Dili yoxladıqda nələrə diqqət edilməlidir?
Dilin üzərində qızartılara;
Dilin rənginə;
Dilin hərəkətliliyinə;
Forma və səthinə;
Dilin üzərindəki zədələrə, iltihablara və s.
Bu əlamətlər dilin arxasında varsa, həzm sisteminin pozulması, dilin ucunda varsa ürək və ağciyərin, dilin arxa hissəsində varsa böyrəyin fəaliyyətində problemlərin olması deməkdir.
Dilin ortasında qırmızı ləkə yaranıbsa, bu, tənəffüs yollarının problemi ola bilər. Tünd qırmızı ləkə qaraciyərin pis işləməsindən və toksinlərdən xəbər verir. Yay ayında tünd ləkə qanda durğunluğun əlamətidir. Dilin ucunda qırmızı ləkə ürəyin yaxşı işləməməsindən xəbər verir. Qəhvəyi rəng həzm, boz rəng qanda dəmir çatışmazlığı əlamətidir. Dilin ağarmış vəziyyəti anemiya, xroniki yorğunluq, qastrit zamanı yüksək qıcqırmada isə dilin üstündə ərp ağarır və dilin ölçüsü də böyümüş olur. Dil boyunca qeyri-müntəzəm zolağ görünürsə, bu, bel sümüyüylə bağlı problemlərdən xəbər verir.
Şişmiş dil qalxanabənzər vəzinin funksiyasının pozulması ilə bağlı problemlərdən xəbər verir. Dilin arxa tərəfi çox şişibsə, ürək çatışmazlığının əlamətidir. Bunlar bizim sizə yönəltiyimiz ümumi anlizlərdir. Dəqiq diaqnozu yalnız ixtisaslı mütəxəssislər qoya bilər. Ona görə də dildə bir dəyişiklik gördükdə peşəkar həkimə məsləhətləşməyi tövsiyyə edirik.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub