“Ölkə.Az” xəbər verir ki, bu barədə “Eurekalert” portalı məlumat yayıb. Verilən məlumatlara görə, Nyu-York universitetindən alimlər bu məsələ üzərində uzun müddət tədqiqatlar aparıblar. Aparılan araşdırmalardan sonra məlum olub ki, hər bir insan gündə ən azı 8 saat yatmalıdır. Bu insan normasıdır. Gündə səkkiz saatdan az yatan insanlarda günü-gündən psixoloji problemlər yaranır.
Belə insanlar ən çox depressiya və narahatlıqdan əziyyət çəkirlər. Həmin şəxslər mənfi fikirlərə daimi konsentrasiya olurlar. Bu ruhi xəstəliklərin inkişafına kömək edir. Amerikalı alim Meredit Koulz açıqlamasında deyib ki, az yatan insan intihara meyilli olur.
“Biz müəyyən etmişik ki, belə insanlar çox kövrək və həssas olurlar. Onlar depresiyaya tez düşür. Hətta belə şəxslər problemdən çıxış yolunu özünü öldürməkdə görürlər”, - deyə Meredit Koulz bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub