Fransız və danimarkalı elm adamlarının son araşdırmasına görə, ibuprofen tərkibli dərmanlar uzun müddət yüksək dozada istifadə ediləndə fəsadlara səbəb olur.
Mynews.az-ın məlumatına görə, alimlər ibuprofen tərkibli dərmanların istifadəsi zamanı sonsuzluq, impotensiya, depressiya və əzələ əriməsinə səbəb olur.
İltihablanmanın qarşını alman və ağrı kəsici dərmanların yüksək dozada istifadəsi hamiləlikdə körpələrin sağlamlığına təhlükə yaradır. Fransız və Danimarkalı alimlər bu cür dərmanların hətta sağlam insanlara belə çox mənfi təsir etdiyini müəyyənləşdirib.
Fransada klinik təcrübələr zamanı 8-35 yaş arası 31 sağlam şəxsə 6 həftə ərzində gündə 2 dəfə 3 ədəd dərman (ibuprofen tərkibli) verilib. Bu müddətin sonunda təcrübədə iştirak edən şəxslərdə testosteron hormonunun səviyyəsi aşağı düşüb. Ancaq elm adamları daha çox təcrübə aparılmasının vacib olduğunu bildirib.
Alimlər ibuprofenin daha çox qrip üçün istifadə edilən dərmanların tərkibində olduğunu söyləyir. Bu dərmanların yüksək dozada istifadəsinin çox təhlükəli olduğu qeyd edilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub