Tuba Büyüküstünün sevgilisi Ümid Evirgenə aid olan "Gizli Qalsın" klubunun işçiləri qonaqları döyüb.
Mynews.az xəbər verir ki, sözügedən məkanda tez-tez xoşagəlməz hadisələr olur. O məkanda bu yaxınlarda "Qalatasaray" idman klubunun keçmiş idarəçilərindən biri Haldun Üstünelin qardaşı oğlu Ömər Üstünel döyülüb.
İki qız dostu ilə məkana getmək üçün əvvəl rezervasiya etdirən Ömər Üstünel kluba çatanda yer olmadığını öyrənib. Onlar mühafizəçilər tərəfindən hücuma məruz qalıb, yerdə sürükləniblər. Bu hadisədən sonra Ömər Üstünel və dostları polisə şikayət edib.
Xatırladaq ki, aktrisanın sevgilisi Umid Evirgen Tuba ilə onun şəklini çəkən fotoqrafın kamerasını əlindən aldığı və onu döydüyü üçün həbs edilmişdi. (publika.az)

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub