Avropa ölkələrində qızılca xəstəliyinin geniş yayılması Azərbaycanda da bu xəstəliyə yoluxma təhlükəsini yenidən gündəmə gətirir.
Qızılca epidemik, yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma riski uşaqlarda daha yüksəkdir.
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Oxu.Az-a qızılca xəstəliyi ilə bağlı ətraflı məlumat verib.
Baş pediatr qızılcanı qorxulu xəstəliklərdən biri hesab edir:
“Xəstəliyə yoluxan yüz nəfərdən səkkizi dünyasını dəyişə bilər”.
N. Quliyev bildirib ki, qızılcanın xüsusi müalicəsi yoxdur, onun spesifik profilaktikası var, o da vaksinasiyadan ibarətdir:
“İnsana xəstəliyə qarşı iki dəfə peyvənd vurulur, bundan sonra xəstəliyə qarşı bədəndə immunitet yaranır. Peyvənd olunmayan hər bir şəxs qızılcaya yoluxa bilər”.
Baş pediatr qızılca xəstəliyinin əlamətlərini də açıqlayıb.
Mövzu ilə əlaqədar videosujeti təqdim edirik:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub