Mədənizin düşməni olan qida məhsullarını tanıyın SİYAHI

834
Mədənizin düşməni olan qida məhsullarını tanıyın SİYAHI

Mədənizin düşməni olan qida məhsullarını tanıyın

Mədə insanın ən vacib orqanlarından biridir. Bir çox xəstəliklər məhz həzm sistemində yaranan pozuntulardan başlayır. Ona görə də mədəniz üçün tələbə olunan qaydada sağlam qidalanma uzun ömrün zəmanətidir. Mədəniz üçün faydalı və ziyanlı olan qida məhsullarını tanımaqla və qidalanma rejiminizi bu siyahıya uyğun qurmaqla sağlam və uzun ömür qazana bilərsiniz.

Mədə üçün ən faydalı qida

Gəlin, mədənin sağlamlığını təmin edən, bir çox xəstəliklərdən sonra mədənin sağalmasına köğmək edən və həzm yolunun bir sıra xroniki problemlərini yüngülləşdirən qida məhsuluna nəzər salaq.

Bu məhsul ucuz və asan tapılandır. Sadəcə, bu məhsulu gündəlik qida siyahınıza daxil edin və tezliklə mədəniz sizə “təşəkkür edəcək”. Bu məhsulun adı kartofdur.

Adi kartof mədə üçün çoxlu faydalı maddələrin daşıyıcısıdır. Qidanın tərkib hissələrini parçalayıb rahat həzm olunmasına kömək edən fermentlər və selikli qişanı aqressiv təsirlərdən qoruyan nişasta kartofun tərkibində yer alır. Lazımi vitamin və minerallar da kartofun tərkibində kifayət qədərdir. Unutmayın ki, çiy kartofun şirəsi ilə mədə və 12-barmaq bağırsağın yarası və qastriti xəstəliklərini uğurla sağaltmaq olur.

Mədə üçün zərərli məhsullar

Bu barədə daha ətraflı məlumat vermək lazımdır. Amma bütün ziyanlı məhsullar barədə danışmaq təbii ki, mümkün deyil və ona görə də bu məhsulların ən təhlükəli növlərindən söz açacağıq.

Siyahının başında qazlaşdırılmış şirin içkilər (Fanta, Coca-Cola və bu növə aid müxtəlif işkilər) gəlir. Daha sonra çipslər, istənilən növ – şaurmadan tutmuş kartof “fri”sinə qədər bütün fast-fud məhsulları, kolbasa məmulatları, xüsusən də hisə verilmiş kolbasa yer alır.

Həmçinin konservlərin əksəriyyəti, mayonez, ketçup, hazır souslar da mədənin düşmənləridir və üstəlik, kanserogen (xərçəng xəstəliyi yaradan) maddələrlə zəngindir.

Paketlərdə satılan suplar (Doşirak, Rollton və s.), modifikasiya edilmiş nişasta, zənginləşdirilmiş pendir, duz və “E nnn” tipli qatışıqlar, marqarin və ondan hazırlanmış məhsullar, uzunmüddətli saxlanma üçün hazırlanan dondurmalar, şokolad çubuqları, çeynənən konfetlərdən də uzaq durmağınız məsləhətdir. (SaglamOlun.com)

Xəbər lenti