Bananın faydalarını hamımız bilirik. Ancaq banan çiçəyinin sağlamlığa faydalarını bilirdiniz?
Metbuat.az-ın məlumatına görə, banan çiçəyi tünd bənövşəyi rəngdə olur. İçərisində meyvə əmələ gətirən kiçik tumurcuqlar olur. Banan çiçəyi tərkibindəki təbii minerallar sayəsində dərman kimi istifadə olunur.
Şəkər və anemiya (qanazlığı) xəstələri banan çiçəklərini bol-bol istifadə etməlidir. Çiçəyin tərkibi lif və dəmirlə zəngin olduğu üçün qan şəkəri səviyyəsini aşağı salır. Həmçinin, bədəndəki hemoqlabin dəyərlərini artırır.
Banan çiçəkləri C, A və E vitaminləri ilə zəngindir. Tərkibində vacib miqdarda kalium və lif var.
Həkimlərin sözlərinə görə, bitki immunitet sistemini gücləndirdiyi üçün xərçəng xəstəliyinə tutulma riskini azaldır. Eyni zamanda, erkən yaşlanmağın qarşısını alır.
Banan çiçəkləri antibakterial xüsusiyyətlərə sahibdir. Hər hansı infeksiya əmələ gəlməsinin qarşısını alaraq xəstəliklərdən qoruyur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub