İsrailin biotexnika şirkəti xərçəng xəstələri üçün terapevtik vaksin hazırlayıb.
Rusiya mətbuatı xəbər verir ki, bu vaksin xəstəliyin residivi (təkrar ağırlaşması) hallarının təxminən 90 faizi qarşısını ala bilər.
Vaksinlər hazırda İsrailin Qüds şəhərindəki "Haddasa" xəstəxanasında kliniki sınaqdan keçirilir. Lakin həkimlər artıq 2017-ci ildə vaksinlərin nəinki onkoloji xəstəliklərin müalicəsində, həm də xərçəngin yaranmasının qarşısını almaq üçün tətbiq oluna biləcəyini söyləyib.
Vaksinlər qan xərçənginin müalicəsi, daha dəqiq desək, bir çoxsaylı mielomalar üçün nəzərdə tutulub . Əgər preparat gözlənildiyi kimi təsir göstərərsə, onda o, bütün xərçəng növlərinin 90 faizinə tətbiq edilə bilər. Buraya prostat və süd vəzisi, o cümlədən ağır və yüngül şişlər də daxildir.
Xərçəng xəstəliyi zamanı orqanizm nəyinsə qaydasında getmədiyini bilir, lakin immun sistemi virus və infeksiyalarda göstərdiyi müqaviməti burada tətbiq edə, necə reaksiya göstərmək lazım olduğunu və ümumiyyətlə mübarizə yollarını bilmir. Bu isə ona görə baş verir ki, xərçəng hüceyrələri orqanizmin düzgün inkişaf etməyən öz hüceyrələridir. Bununla yanaşı, xərçəng xəstəliyinin müalicəsində xəstənin immun sistemi çox sarsılır.
Vaksinin təsirinin əsas ideyası immun sistemini yaranmış təhlükəyə qarşı aktivləşdirməkdən ibarətdir. Ənənəvi vaksin immun sistemini bakteriyalar və viruslar kimi "yabançı işğalçılardan" qorunmağa kömək edir. Və onu bu xəstəliyə tutulmayan insanlara tətbiq edirlər. Terapevtik vaksin isə xərçəng xəstələrinə verilir və dərman təsir göstərir.
Yeni vaksin immun sistemini aktivləşdirmək yolu ilə fəaliyyət göstərir və bir qayda olaraq yalnız xərçəng hüceyrələrində rast gəlinən MUC1 molekullarını məhv edir. Qeyd edək ki, 90 faizdən çox yayılmış xərçəng şişlərinsə: bir çox yüngül şişlər, limfoma, leykemiya, eləcə də mieloma şişlərində MUC1 molekulu var.
Xərçəngin gecikmiş mərhələlərində əvvəlki kimi kimyəvi terapiya və şişin ölçüsündən asılı olaraq cərrahiyyə əməliyyatı tələb oluna bilər, lakin xərçəng şişinin həcmi kiçikdirsə, onda orqanizm onunla mübarizə aparmaq imkanına malik olacaq. Bu hallarda vaksin xəstəliyin yenidən ağırlaşamasının qarşısını almaq üçün uzunmüddətli yanaşma kimi baxılır.Publika.az A