Qadın və kişilərdə cinsiyyət orqanın qaşınması ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Milli.Az publika.az-a istinadən bu yazıda cinsiyyət orqanlarında yaranan qaşınmanın səbəblərini təqdim edir:
Natəmizlik
Cisi orqanlarda meydana gələn qaşıntının ən mühüm səbəblərindən biri natəmizlik, alt paltarlarının, qadınlarda gigiyenik bezlərinin gec-gec dəyişilməsidir.
Sintetik alt paltar
Bu da tərləməyə və qaşınmaya səbəb ola bilər.
Şəkərli diabet
İntim bölqədə qaşınma şəkərli diabetin ilk simptomlarından biri kimi meydana çıxır.
Kandida göbələyi
Qadınların təxminən 60 faizi həyatlarının müəyyən dövründə kandida adlı göbələk xəstəliyinə tutulur. Bu göbələk adətən cinsi təmasla ortaya çıxır.
Cinsi yolla kişilərə də yoluxan xəstəlik infeksiyaya gətirb çıxara bilər. Odur ki, qaşıntıya laqeyd yanaşmayın, həkim nəzarətindən keçin.
Cinsi yolla keçən xəstəliklər
Bu zaman qaşınmadan əlavə, qeyri-təbii ifrzatlar (iyli, yaşıl rəngdə, qanlı və s.) da meydana çıxır.
Cinsi orqanlarının iltihabları
Sidik yolları infeksiyası
Sidiyə gedərkən yanma, göynəmə və qaşınma hissi varsa, bu sidik yolu infeksiyasının əsas əlamətlərindən biridir. Qadınların sidik yolları xaricə çox qısa bir kanalla açılır. Bu səbəblə mikrobların daxil olması daha asandır. Xüsusilə vaginal və anal bölgədə olan enterobakteriyalar yuxarı doğru sidik kanalına və sidik kisəsinə yayıla bilirlər. Bu mikrobların sidik kisəsinə girməsinə və infeksiyaların çoxalmasına səbəb olur. Xüsusilə, bədən müqavimətinin azalması və immunitetin zəiflənməsi ilə daha tez bu simptomlarla qarşılana bilər.
Eyni zamanda, ekzema və sədəf kimi dəri xəstəlikləri də cinsi orqanda qaşınmaya səbəb olur.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub