Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı bu gün parlamentin Səhiyyə komitəsinin ilk iclası keçirilib və iclasda komitənin yaz sessiyası üçün qanunvericilik işlər planı müəyyənləşdirilib.
Mynews.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, qanunvericilik işləri planına Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü qaydasında MM-ə təqdim etdiyi qanun layihələri daxildir.
Bundan başqa, komitədə hazırlanan qanun layihələri – “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun layihəsinə dəyişikliklər, “Unun icbari zənginləşdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında” və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihələri ilə bağlı, o cümlədən Autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi ilə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulur.
İclasda “Dərman vasitələri haqqında” qanuna əlavə müzakirə olunub. Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılması qadağan edilir.
Layihə qısa müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.
İclada müzakirələr zamanı isə Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.
M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir. O qeyd edib ki, müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir:
“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C-nin də xəstəliklərin müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”.
Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub