Azərbaycanda QƏRİBƏ HADİSƏ - Xəstənin ayağında taxta parçası tapıldı

ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkimlər daha bir uğurlu əməliyyat icra ediblər. Lakin ən maraqlısı odur ki, məhz ATU əməkdaşlarının sayəsində düz 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlamaq mümkün olub.
Mynews.az xəbər verir ki, bu maraqlı hal haqqında ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinin professor, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov məlumat verib.
Pofessor M.Kərimovun sözlərnə görə, xəstə 3 yaşında olarkən yanan təndirə düşüb, bədəni geniş və dərin yanıq travması alıb. Bundan sonra uşaq üzərində çoxsaylı cərrahi əməliyyatlar keçirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Sonralar bu şəxs özü də həkim olub və insanların sağlamlığının keşiyində dayanıb.
"Lakin son 20 ildir ki, xəstəni sol baldırda olan və bugünə qədər sağalmayan trofiki xoralar ciddi narahat edirdi. Bununla əlaqədar müxtəlif ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, İranda dəfələrlə müalicə alıb, hətta xəstəxanalarda stasionar müalicə də alıb, amma effekti olmayıb - xora bağlanmayıb".
Nəhayət pasiyent ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinə müraciət edib. Professor, tibb elmləri doktoru Məhəmməd Kərimov müayinə zamanı ilk baxışda əhəmiyyətsiz görünən kiçik bir detala diqqət yetiib. Sonradan məhz bu detal xoranın bağlanmamasının sirrinin açılmasında həlledici rol oynayıb: "Bir-birinə yaxın yerləşmiş xoraların dibi eyni rəngdə, eyni xarakterdə olan, çox qalın ərplə örtülmüşdü. Biz bizdə şübhə oyatdı və sonrakı müayinələr zamanı bunun yad cisim olması qənaətinə gəldik".
Əməliyyat zamanı doğrudan da xoraların dibində yad cismin olması təsdiqlənib. Məlum olub ki, 63 il əvvəl - xəstə uşaq ikən yanan təndirə düşəndə onun ayağına batan taxta parçası (10+2sm) hələ də bədənində qalırmış.
Əməliyyatdan 1 həftə sonra müayinə zamanı xoraların təmizləndiyi, sağlam qranulyasion toxumanın inkişaf etiyi müşahidə olunub. Pasiyent isə dözülməz ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas olub.
Sağlamlıq
- Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - AÇIQLAMA
- Qanı qatılaşdıran 5 qida – 40 yaşından sonra yemək olmaz
- Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı
- Həkimlərdən koronavirusla bağlı xəbərdarlıq - Əgər boğazınız ağrıyırsa...
- Sınaqlarda tarixdə ilk dəfə bütün xəstələr sağaldılar - Xərçəngin dərmanı tapıldı
- Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 919 dəfə oxunub
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 915 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 599 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 587 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 583 dəfə oxunub