Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırma nəticəsində aşkar ediblər ki, xolesterin insan orqanizmində xərçəng şişlərinin böyüməsinə təsir edir.
Mynews.az saglamolun.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri Cell Stem Cell jurnalında dərc olunub.
Alimlər siçanlar üzərində aparılmış eksperimentlər zamanı aşkar ediblər ki, xolesterinin səviyyəsinin artması bağırsaqda xərçəng şişinin böyüməsini 100 dəfə sürətləndirir.
Alimlərin fikrincə görə, bu kəşf yoğun bağırsaq xərçənginin müalicəsində kömək edəcək.
Lakin onu da qeyd edirlər ki, xolesterindən tam imtina etmək düzgün deyil. Xolesterin orqanizm üçün həyati vacibdir. Xolesterin D vitamini, hormonların sintezində iştirak edir, hüceyrələrin membranlarına daxildir, həzmə kömək edir.
Alimlər qidalanmada "pis" xolesterinin səviyyəsini azaltmağa, "yaxşı" xolesterinin səviyyəsini isə əksinə artırmağa çağırır. Bunun üçün qidalanmada qırmızı və emal olunmuş ətin (kolbasa, sosis və s.) miqdarını azaltmaq, balıq və dəniz məhsulları, meyvə-tərəvəz, yarmalar, qoz-fındıq, paxlalar, zeytun yağı kimi məhsulların miqdarını artırmaq lazımdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub