Baş ağrısından dərmansız qurtulmağın SADƏ YOLU

942
Baş ağrısından dərmansız qurtulmağın SADƏ YOLU

Baş ağrısı hər kəsdə yarana biləcək sağlamlıq problemidir. Çoxları dərmandan istifadə edərək baş ağrılarının öhdəsindən gəlir. Lakin səbəbi hər nə olursa-olsun baş ağrısını yüngülləşdirən bitkilər də var. Milli.Az lent.az-a istinadən həmin bitkilərlə sizi tanış edir.

Nanə
 
Bir neçə damcı nanə yağı ilə bir neçə damcı kakos yağını qarışdırıb alnınıza sürtün.
 
Pişikotu
 
Yuxusuzluğa qarşı da istifadə edə biləcəyiniz pişikotunun rahatlaşdırıcı təsiri var. Eyni zamanda, miqrenə d' yaxşı təsir edir.
 
Lavanda
 
Lavandanın quru yarpaqları və çiçəklərindən torbalar hazırlayıb alnınıza qoya bilər və ya lavanda vannası qəbul edərək baş ağrısını yüngülləşdirə bilərsiniz. 2-3 stəkan qaynar suya 2-3 damcı lavanda yağı damcıladın və buxarı nəfəsinizə çəkin. Alnınızı bir müddət həmin buxara verə bilərsiniz.
 
Keşniş toxumu
 
2 stəkan qaynar suya 1 çay qaşığı əzilmiş keşniş toxumu əlavə edin. 10 dəqiqə dəmləyin və için.
 
Adaçayı
 
Səbəbi nə olursa-olsun adaçayı baş ağrısını rahatladır.
 
Biyan kökü
 
Bir çox insanlar üçün ideal bir dərmandır.
 
Mina çiçəyi
 
Menstruasiyadan əvvəl təzyiqdən qaynaqlanan baş ağrıları və əsəbdən yaranan baş ağrılarının müalicəsində istifadə olunur. Çox az miqdarda təzə mina çiçəyini çaya əlavə edərək içə bilərsiniz.
 
Zəncəfil
 
Soyuqdəymə, viruslar və sinus infeksiyalarına bağlı olan baş ağrılarından xilas olmağa kömək edir. Təzə zəncəfili əzib qaynar suya atın və çayını için. Buxarını da içinizə çəkə bilərsiniz.

Xəbər lenti