ABŞ-da qəhvəxanalar qəhvə içkisinin tərkibində təhlükəli kanserogen maddə olan akrilamidin mövcudluğu haqqında ziyarətçilərə xəbərdarlıq etməyə məcbur edilə bilər.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Science Alert” nəşri bildirib.
Hazırda belə iddiaya Kaliforniya məhkəməsində baxılır. İddia Zəhərli Maddələrin Öyrənilməsi üzrə Şura tərəfindən qaldırılıb. İddiaçılar təkid edirlər ki, ziyarətçilər qəhvənin potensial təhlükəsi haqqında bilməlidir.
Qeyd edək ki, akrilamid məhsulların termik emalı zamanı yaranan kimyəvi birləşmədir. O, təhlükəli kanserogen maddə kimi tanınıb. Hələ 15 il əvvəl keçirilmiş sınaqlar tərkibində akrilamid maddəsi olan sudan istifadə etmiş gəmiricilərdə xərçəngin inkişaf etdiyini göstərib.
Zəhərli Maddələrin Öyrənilməsi üzrə Şura hesab edir ki, kanserogen maddə qəhvə dənlərinin qızardılması zamanı yarana bilər. Qəhvəxanaların nümayəndələri isə təkid edirlər ki, qızardılmış dənlərdə akrilamidin payı o qədər azdır ki, sağlamlıq üçün heç bir təhlükə yaratmır.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub