Bir təbiət möcüzəsi olan limonun faydalarını saymaqla qurtarmaq olmur.
Bəs pörtlədilmiş limon nə deməkdir?
Kolgemedia.az xəbər verir ki, orqanizmin gün ərzində ehtiyacı olan bütün enerjini qarşılayan pörtlədilmiş limon eyni zamanda da insanı arıqladır.
Piylənmədən əziyyət çəkənlərin təbii yolla daha tez arıqlaması üçün pörtlədilmiş limon kürünü təqdim edirik:
Limonun istidə pörtləməyin səbəbi mədəyə zərər verməməkdir. Çünki həssas mədəsi olanlar limonu çiy yeyərlərsə, mədə ağrıları başlayar. Amma limonu soyutma kmi bişirməyin qidalandırıcı və bağırsaqlarda bakteriyaları məhv edici təsiri olduğu üçün orqanizminizdə botoks effekti yaradacaq.
Pörtlədilmiş limon kürü üçün lazım olanlar:
2-3 sm uzunluğunda olan zəncəfil kökü
5 ədəd limon
4-5 diş sarımsaq
2 litr su
Hazırlanma qaydası:
İlk növbədə limonu yuyun, qabığını soyun və suyunu sıxın.
Limonu sıxarkən qabıqlarını qoymayın.
Sonra sarımsaq və zəncəfili blendrin köməyilə parçalayın.
Limon suyunu və blendrdən keçirdiyiniz ərzaqları qazana əlavə edib yaxşıca qarışdırın.
Ayrı bir qazanda isə 2 litr suyu qaynadın.
Atmadığınız limon qabığını və çöküntüsünü əlavə edərək qaynadın.
Su qaynamağa başlayanda, üzərinə limon şirəsindən əldə edilən qarışığı və çöküntüsünü əlavə edərək qarışdırın.
10 dəqiqə sonra qazanının qapağını bağlayaraq, soyumağa qoyun.
Pörtlədilmiş limonun möcüzəvi faydaları
Səhər oyandıqdan dərhal sonra 1 su stəkanı pörtmüş limon suyunu mütəmadi olaraq istehlak etdikdə, bədəndəki yağın əriməsi sürətlənir. Beləliklə, sürətli və təbii vasitə ilə artıq çəkilərinizdən yaxa qurtararsınız.
Limonda olan minerallar də qarnı rahatladır, həzm sistemini gücləndirir. Mədə pozğunluğu və ya qəbizlik zamanı rahatladıcı təsir göstərir.
Mədədə yaranan qastrit və xora kimi xəstəlikləri olan şəxslər mütəmadi olaraq istehlak edərlərsə, ağrılarında azalma müşahidə edilir.
Təzyiq yüksələndə pörtmüş limondan istifadə təzyiqi normallaşdırır.
Pörtlədilmiş limonun qabığını hər axşam yatağa girməzdən əvvəl cildinizə sürtün, bunun dəridəki çatları və ləkələri müalicə edici xüsusiyyəti də var.
Orqanizmdən zəhərli toksinlərin atılmasına kömək edir.
Orqanizmi mikroblardan qoruyur.
Sümük sağlamlığına olduqca faydalıdır.
Saçlara tətbiq edildikdə dibini gücləndirir.